Qeyri-neft sektorunun inkişafı uğurla davam edir

“Ölkəmizdə möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbəə görə, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.

"Ölkəmizdə möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb". "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbəə görə, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O, bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin uğurla yerinə yetirilməsi ciddi nəticələr verməkdədir: "Sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun inkişafı uğurla davam edir. Eyni zamanda, ölkəmizdə azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradılıb. Bu da özəl sektorun inkişafında mühüm rol oynayır. Bu reallıqlar müvafiq beynəlxalq maliyyə-iqtisadi təşkilatlarının açıqladıqları hesabatlarda da özünü göstərir. Belə ki, həmin hesabatlarda Azərbaycan müsbət yerlərdə qərarlaşır. Bu da ölkəmizin i iqtisadiyyatının möhkəm əsaslar üzərində qurulduğunu göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31