İqtisadiyyat
Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalanıb
İranın paytaxtı Tehranda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti müzakirə olunub. Bildirilib ki, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonra işlər sürətləndirilib. Qısa zaman ərzində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.
Ekspert: “MTK-lara nağdlı ödənişlərin qadağan edilməsinə ehtiyac var”
“Mənzil-Tikinti Kooperativlərinin (MTK) vətəndaşlardan yüksək ödəniş tələb etməsi ilə bağlı açıqlamamdan sonra məsələyə Milli Məclis daxil olmaqla çox fərqli qurumlardan və şəxslərdən rəylər gəldi. Belə çevik reaksiyaya görə, məsələnin ictimailləşməsinə dəstək olan jurnalist dostlarıma da öz təşəkkürlərimi bildirirəm”. Bunu iqtisadçı-alim Vüqar Bayramov bildirib.
Azərbaycan Rusiyaya ən çox alma satan ölkələr sırasındadır
Rusiya 2014-cü ildən qüvvədə olan embarqoya baxmayaraq, dünyada ən iri alma idxalçısı olaraq qalır. Belə ki, 2016/17-ci il mövsümündə (iyul-iyun) ölkəyə alma idxalı 670 min ton təşkil edəcək. Bu, ötən illə müqayisədə 72 min ton (10%) azdır. "Report"un "Agroinvestor" agentliyinə istinadən verdiyi məlumata görə, Belarusdan tədarükün azalması, Azərbaycan, Moldova və Serbiyadan isə artması fonunda idxal azalmaqda davam edəcək.
Nazir müavini: Azərbaycan xarici şoklara qarşı dayanıqlıq nümayiş etdirir
Həyata keçirilən islahatlar sayəsində Azərbaycan xarici şoklara və mənfi proseslərə qarşı dayanıqlıq nümayiş etdirir. Bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Azərbaycan MDB ölkələri arasında Rusiyadan səfərlərə görə liderdir
Azərbaycan 2017-ci ilin birinci rübündə rusiyalı turistlərin səfər etdiyi MDB ölkələri arasında ən yüksək artımı göstərib.
Qazaxıstanlı nazir Natiq Əliyevlə hazırladıqları "yol xəritəsi"ndən danışdı
"Natiq Əliyev Azərbaycan xalqının layiqli oğlu idi. O, həm də qazax xalqının böyük dostu, Qazaxıstanın ən nüfuzlu mükafatlarından birinin - "Kormet" ordeninin kavaleri idi".
Miqrasiya Xidməti turizm obyektlərinin əməkdaşları üçün seminar keçirib
Turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Lənkəran regional miqrasiya idarəsi mehmanxana nümayəndələri üçün rayonun Mədəniyyət Mərkəzində miqrasiya qanunvericiliyinə həsr edilmiş seminar keçirib.
MTK-lar şişirdilmiş aylıq ödəniş tələb edirlər
Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyəti heç bir iqtisadi səbəb olmadan “kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğlərini son günlər daha da artırıblar. Bu isə bir sıra yeni inşa edilmiş yaşayış binalarında sakinlər ilə MTK sahibləri arasında narazılığa səbəb olub. Hətta bəzi MTK sahibləri “bir az da uzağa gedərək” hər evin kvadrat metri üçün aylıq 1 manat 50 qəpik ödəniş təyin ediblər. Bu isə o deməkdir ki, 130 kvadrat metrlik 3 otaqlı mənzil sahibi ayda 200 manata yaxın “kommunal pulu” ödəməlidir. Bu isə əsalandırılması mümkün olmayan ödəniş məbləğidir. Maraqlıdır MTK-lar bu məbləğdə ödəniş tələb edə bilərlərmi? Qanunvericilik nə deyir?
Əmanətlərin Sığortalanması Fondu müflis olmaq təhlükəsindən çıxdı
Əmanətlərin Sığortalanması Fondu 2016-cı il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatdan görünür ki, Fond ötən ili 507 milyon manatdan çox zərərlə başa vurub və faktiki müflisləşib. Xatırladaq ki, 2016-cı ildə 11 bank bağlanmışdı və artıq 6-cı bank (“Texnikabank”) müflis olanda Fondun vəsaiti tükəndi.
Arıçılığın inkişafına necə nail olmalı?
Yay fəslinin gəlişi ilə ölkənin arıçılıq təsərrüfatlarında bal arılarının yetişdirilməsi, çoxaldılması, arıçılıq məhsullarının istehsalı və emalı üzrə fəaliyyət aktivləşir. Bununla əlaqədar vətəndaşlar tərəfindən arı ailələrinin yaşadığı qutuların meşə ərazilərində yerləşdirilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxsaylı müraciətlər edilir.
Növbəti qrant müsabiqəsi başa çatıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Müsabiqə çərçivəsində Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada 172 layihə təqdim edilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılıb:Mütərəqqi proqram təminatının hazırlanması; İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması; Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması; İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.
Nahid Bağırov: "Əcnəbilər artıq öz ölkələrində Azərbaycan haqqında danışır"
Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açıb.
Bakı Beynəlxalq Avtovağzalında yeni təyinat
Jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib. Y. İsakov bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb. Ondan öncə isə Y. İsakov “Press24.az” saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az”, “Aznews.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.
Türkiyəli nazir: "Natiq Əliyev hər zaman Türkiyədə də rəhmətlə yad ediləcək"
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycanın energetika naziri Natiq Əliyevin ölümü ilə bağlı onun yaxınları və ailəsinə, Azərbaycan və Türkiyə xalqlarına başsağlığı verib.
“Günəşli” yatağında yeni quyu istismara verilib
Bu günlərdə “Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 3998-3940 metr intervaldan sutkalıq 16 ton kondensat və 110 000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.














