Türkiyəli nazir: "Natiq Əliyev hər zaman Türkiyədə də rəhmətlə yad ediləcək"
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycanın energetika naziri Natiq Əliyevin ölümü ilə bağlı onun yaxınları və ailəsinə, Azərbaycan və Türkiyə xalqlarına başsağlığı verib.
9 İyun 2017 18:31 İqtisadiyyatTürkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycanın energetika naziri Natiq Əliyevin ölümü ilə bağlı onun yaxınları və ailəsinə, Azərbaycan və Türkiyə xalqlarına başsağlığı verib.
B. Albayrak bildirib ki, mərhum nazirin Azərbaycanın enerji sektorundakı xidmətləri və rolu, ölkəsinə verdiyi töhfələr unudulmayacaq: "Natiq Əliyevin Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri,TANAP layihəsi başda olmaqla, bir çox layihənin həyata keçirilməsində böyük xidmətləri olub. Vəfat xəbərini təəssüflə öyrəndim. Onun Azərbaycanın enerji sektorunda yerinə yetirdiyi vəzifə, həyata keçirdiyi işlər və ölkəsinə verdiyi töhfələr unudulmayacaq. Natiq Əliyev hər zaman ölkəmizdə də xatirələrdə yaşayacaq və rəhmətlə yad ediləcək". Apa.az "Anadolu"ya istinadən xəbər verir.