İqtisadiyyat
Qeyri-neft sektoruna daha çox xarici sərmayə cəlb etməyə çalışmalıyıq
Artıq xeyli müddətdir ki, ölkədə qeyri-neft sektorunun inkişafı əsas prioritet hesab edilib. Və investisiyaların əksəriyyəti də məhz bu sektora yönəldilir. Müsbət məqam ondan ibarətdir ki, qeyri-neft sektorunun inkişafına yönəldilən investisiyaların həcmində də artım müşahidə edilir və bu sektorda daha da canlanma yaradır. Bəs görəsən real gözləntilər nədən ibarətdir və bu yolla iqtisadi artıma nail olmaq mümkündürmü?
Tahir Rzayev: Ölkəmizin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır
“Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır”.
Sabirabad sahibkarları üçün yeni imkan
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Ulacalı kəndində işgüzar forum keçirib. İqttisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sahibkarlardan bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir.
ABA: 10 bank kapital çatışmazlığı ilə üzləşib, 4-ü tənzimləyicinin nəzarətindədir
"Kapital çatışmazlığı ilə üzləşən bankların sayı 10-a yaxındır". Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib. "Kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş normalara cavab verməyən bankların sayı təxminən 10-a yaxındır. Bilirsiniz ki, bankların təxminən hamısı audit hesabatlarını açıqlayıb. Və buna əsasən deyə bilərik ki, kapital çatışmazlığı olan bankların sayı 10-a çatır. Yerli standartlara əsasən, bankların çoxunda kapital yetərliliyi var, lakin beynəlxalq standartlara əsasən vəziyyət fərqlidir. Yerli maliyyə hesabatlılığına əsasən, bu cür bankların sayı azdır", - deyə Z.Nuriyev qeyd edib.
Xalid Əhədov: “ABB-nin Rusiya və Gürcüstandakı törəmələri sağlamlaşdırma prosesindən keçib”
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiya (“ABB-Moskva”) və Gürcüstandakı (“ABB-Gürcüstan”) törəmələri sağlamlaşdırma prosesindən keçib”. Bunu ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
Beynəlxalq Bankın rəhbəri restrukturizasiya planı ilə bağlı gözləntilərini açıqlayıb
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov xarici öhdəliklərin restrukturizasiya planına edilən dəyişikliklərin investorlar tərəfindən müsbət qarşılanacağına ümid edir.
Vətəndaşların “cibinə girən” satıcılar
Sahibkarlığın inkişafı məqsədilə yoxlamaların müvəqqəti dayandırılması iş adamlarının əməlli-başlı “karına” gəlib. Belə ki, ölkədə baş verən devalvasiyadan start götürən sahibkarlar yoxlamaların dayandırılmasından sui-istifadə edərək süni qiymət artımına yol verirdilər. Xüsusən, yerli istehsalla məşğul olan sahibkarlar ağına-bozuna baxmadan məhsullarının qiymətini pik həddinə çatdırımışdı.
Neftin qiymətdən düşməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşəcək
Xəbər verildiyi kimi dünya birjalarında neftin qiyməti aşağı düşüb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,38% azalaraq 44,57 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar və ya 0,34% azalaraq 47,21 dollar olub. Maraqlıdır, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?
Maliyyə Monitorinqi Xidməti İŞİD-lə əlaqəli olan şəxsi "qara siyahı"ya salıb
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMTTəhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin iyunun 16-da qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib. MBNP-dən verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"na əsasən yenilənib. Məlumata görə, 1 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxs Fared Saaldır.
"Formula-1" bolidlərinin Bakıya gətirilməsinə başlanılıb
"Formula-1" Azərbaycan Qran-prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq HavaLimanına yüklərin gətirilməsinə başlanılıb. Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük altı reyslə Monreal şəhərindən gətirilib. Daha iki reys bu həftə yerinə yetiriləcək. Reysləri "Silk Way Airlines", "Cargolux", "Qatar Cargo" və "AirBridgeCargo" yük aviaşirkətləri yerinə yetirirlər. "Formula-1" Azərbaycan Qran-prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.
Dolların bahalaşması manata necə təsir göstərəcək?
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası baza faiz dərəcəsini 0,25 faiz bəndi, 0,75-1 faizdən 1-1,25 faizə qədər artırmaq qərarına gəlib. Bu qərar “Reuters” və “Bloomberg”in sorğuladığı analitiklərin konsensus-proqnozları ilə üst-üstə düşüb. Bu arada ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cannet Yellenin uçot dərəcəsinin “2020-ci ilə qədər 3,5%, 10 illik dövlət istiqrazları üzrə gəlirliyin 4% həddinə yüksəlməsini gözləyirik" açıqlamasından sonra "Fitch" beynəlxalq reytinq agentliyi FED-in uçot dərəcəsini gözləniləndən daha sürətlə artıracağını bəyan edib. Bunun əksinə olaraq Rusiya Bankı uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9% səviyyəsində təsdiq edib.
Bakı metrosunda DƏHŞƏT
Bu gün Bakı metrosunda faciəvi hadisə baş verib. Saat 12:30 radələrində bədbəxt hadisə nəticəsində qatarın altına yıxılan 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğlu həkimlərin səyinə baxmayaraq ölüb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 83 yaşlı kişi intihar məqsədi ilə özünü qatarın altına atıb. Belə ki, S.Xəlilov saat 12:33-də özünü qatarın altına atıb. Dərhal platformaya daxil olan qatar cərəyandan ayrılıb və saat 12:50-də S.Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarılıb.
Azərbaycanın çox böyük ixrac potensialı var
Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində hökumət tərəfindən atılan addımlar həm daxili istehsalın artması, həm də ixrac potensialının çoxalmasına imkan yaradır. Sevindirici hal ondan ibarətdir ki, son bir neçə ildə, xüsusilə qlobal maliyyə və iqtisadi böhranından sonra daxili istehsalda artım tendensiyası müşahidə edilir ki, bu da dolların xaricə axınının qarşısını alan amillərdəndir.
Bu avtobusların hərəkət trayektoriyası dəyişdi
Bakıda 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyin məqsədi Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etməkdir. Artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.
Nazir: “Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan birinci yerdədir”
İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, naziri Şahin Mustafayev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb.













