Sosial mənzil almaq istəyənlər bunları bilməlidir
"Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın qeydiyyatdan keçməsinə ehtiyac var". Bunu deyən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, ikinci mərhələdə vətəndaşlar mənzilin yerini yəni, otaqların sayı, həmçinin mərtəbələri seçmək hüququna malik olacaq: "Bir sözlə birinci mərhələdən fərqli olaraq bu imkan veriləcək ki, sosial mənzil alan şəxs alacağı mənzili seçmək hüququna malik olsun.
8 İyun 2017 15:11 İqtisadiyyat"Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın qeydiyyatdan keçməsinə ehtiyac var". Bunu deyən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, ikinci mərhələdə vətəndaşlar mənzilin yerini yəni, otaqların sayı, həmçinin mərtəbələri seçmək hüququna malik olacaq: "Bir sözlə birinci mərhələdən fərqli olaraq bu imkan veriləcək ki, sosial mənzil alan şəxs alacağı mənzili seçmək hüququna malik olsun. Rayon qeydiyyatı olan vətəndaşlarımızın müraciəti ilə bağlı hər hansı qadağa yoxdur. Qeydiyyatla bağlı məhdudiyyət olmadığı üçün sosial mənzillərə Bakıda müraciət etməkdə heç bir problem olmayacaq. Digər məqamlardan biri, kredit borcu olanların da sosial mənzillərdən faydalanmaq imkanı olacaq. Vətəndaşlar müraciət etdiyi zaman ailə gəlirlərinin toplanması mümkün olacaq. Yəni, birinci mərhələdə tez müraciət vacib olmasa da, ikinci mərhələdə "ilk müraciət ilk mənzil" prinsipi tətbiq ediləcək. Bu baxımdan, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımızın daha tez müraciəti olduqca vacibdir. Hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var. Eyni zamanda, ilk il 2 minə yaxın sosial mənzil təklif edilsə də, sonrakı illər hər il 3 min güzəştli mənzilin satılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, sosial mənzil almaq üçün indi şəxsi kabinet yaradıb, hətta gələcəkdə bu hüquqdan faydalanmaq olar".