Rumıniyada SOCAR-ın daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
SOCAR Rumıniyanın əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsi istifadəyə verib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə bununla da bu ölkədə SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 37-ə çatıb. Braşov məntəqəsində quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin olunmasına imkan yaradır.
9 İyun 2017 16:32 İqtisadiyyatSOCAR Rumıniyanın əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsi istifadəyə verib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə bununla da bu ölkədə SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 37-ə çatıb. Braşov məntəqəsində quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin olunmasına imkan yaradır. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. YDM-də müştərilər tərəfindən müxtəlif ödənişlərin edilməsi məqsədilə xüsusi avadanlıqlar quraşdırılmışdır. YDM ərazisindəki kafedə Azərbaycan məhsulları və pulsuz internet xidməti təklif olunur.
Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 18 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş, Buxarest və Braşovda yanacaqdoldurma məntəqələrinə malikdir.