“Bəziləri ölkədə müsəlmanlar arasında bölücülüyə davam edirlər”
Azərbaycan hər zaman öz tolerantlığı, multikulturalizmi, dini dəyərlərə, inanclara hörmət və ehtiram hissi olan bir ölkə kimi tanınıb. Günümüzdə də ölkəmiz məhz bu qeyd edilən məqamlara görə, dünyaya nümunə olaraq göstərilir. Elə ölkəmizdə müntəzəm olaraq mədəniyyətlərarası və dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfrans və forumların keçirilməsi, istər paytaxt Bakıda, istərsə də bölgələrdə İslam dini ilə yanaşı, qeyri-İslam dinindən olan inanclı insanlara ibadətləri üçün istənilən şəraitin yaradılması, kilsə və digər qeyri-İslami ibadət yerlərinin hökumət hesabına təmir edilərək inanclı insanların ixtiyarına verilməsi deyilənləri təsdiqləyir. Bu baxımından bu gün dünyanın heç bir ölkəsində olmayan dini tolerantlığın məhz Azərbaycanda mövcud olduğunu birmənalı şəkildə söyləmək mümkündür. Ən son mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun əyani sübutu idi.
5 İyun 2017 14:10 İqtisadiyyatƏkrəm Həsənov: "Sosial şəbəkələrdə insanları hərc-mərcliyə çağıran belə insanlara qarşı hələ də ciddi tədbirlər görülmür"
Azərbaycan hər zaman öz tolerantlığı, multikulturalizmi, dini dəyərlərə, inanclara hörmət və ehtiram hissi olan bir ölkə kimi tanınıb. Günümüzdə də ölkəmiz məhz bu qeyd edilən məqamlara görə, dünyaya nümunə olaraq göstərilir. Elə ölkəmizdə müntəzəm olaraq mədəniyyətlərarası və dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfrans və forumların keçirilməsi, istər paytaxt Bakıda, istərsə də bölgələrdə İslam dini ilə yanaşı, qeyri-İslam dinindən olan inanclı insanlara ibadətləri üçün istənilən şəraitin yaradılması, kilsə və digər qeyri-İslami ibadət yerlərinin hökumət hesabına təmir edilərək inanclı insanların ixtiyarına verilməsi deyilənləri təsdiqləyir. Bu baxımından bu gün dünyanın heç bir ölkəsində olmayan dini tolerantlığın məhz Azərbaycanda mövcud olduğunu birmənalı şəkildə söyləmək mümkündür. Ən son mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun əyani sübutu idi.
Ancaq təəssüflər olsun ki, bir çox hallarda Azərbaycanda mövcud olan dini tolerantlıqdan, multikulturalizmdən sui-istifadə hallarına yol verilir, ölkəmizdəki dini tolerantlıqdan müəyyən dini quruplaşmalar tərəfindən öz məqsədləri üçün yararlanmaq cəhdlərinə rast gəlinir. Müntəzəm olaraq radikal müxalifətin keçirdiyi etiraz aksiyalarında radikal dini kəsimin nümayəndələrinin iştirakı, bu qəbildən olan insanların ölkədə dini qarşıdurma yaratmağa yönələn cəhdləri və s. deyilənləri misaldır.
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bəzi dini qruplaşmalar zaman-zaman burada öz məqsədlərini reallaşdırmaq üçün fürsət axtarır, müəyyən zamanlarda buna cəhd də göstərirlər. Onun sözlərinə görə, bu mənada Azərbaycan üşün ən təhlükəli hesab edilən dini qruplaşmalardan biri ərəb ölkələrində yaranmış və Azərbaycana da ayaq açmış hizbi təşkilatlarıdır: "Zamanında ərəb ölkələrində bəzi hizbi təşkilatlar meydana gədi. Bunlar özləri üçün sosial baza formalaşdırıb yardım adı ilə bir-birlərinə dəstək durdular, çoxalıb yayıldılar. Daha sonra əhalisi müsəlman olan ölkələrdə özləri üçün adamlar seçməyə başladılar. Məhz bizim də ölkəmizdən bəzi ərəb ölkələrindən oxuyub gələn bəzi nadanlar oldu ki, onlar ya bilərəkdən, ya da maddi mənfəət üçün bu hizbi təşkilatların üzvü oldular və gizlin yollarla müsəlmanlar arasında nifaq, ayrılıq toxumları səpməyə başladılar". Əkrəm Həsənov bildirib ki, həmin qruplaşma və onların üzvləri bütün ölkələrdə və xüsusilədə bizim ölkəmizdə müsəlmanlar arasında bölücülük salmağa, başqa məzhəblər arasında gərginlik yaratmağa, gizlin yollarla özlərinə tərəfdar toplayıb sosial baza formalaşdırmağa başladılar: "Bu günə qədər çox ustalıqla gizlin yollarla bunu sosial şəbəkələrdə həyata keçirdilər. Həmin hizbi qruplaşmalar, xəvaric, təkfirçi, cihadçı düşüncəli insanlar hələ bu gün də belə yenə öz çirkin
əməllərini həyata keçirirlər. Bununla bağlı bizim qəzetlərdə, saytlarda, sosial-şəbəkələrdə müxtəlif açıqlamalarımız vardır. Hətta belə düşüncədə olanlardan dəfələrlə hədə-qorxu da aldıq. Buna baxmayaraq biz mübarizəmizə hələ də davam edirik. Hələ də yenidən həmin radikal ünsürlər üzdə, sosial şəbəkələrdə rahat şəkildə öz təbliğatlarını aparırlar. Onların hələ də müdafiə olunması çox təəccüb doğrurur". İlahiyyatçının sözlərinə görə, insanları cihada səsləyən, ölkə vətəndaşlarını müsəlman, ancaq özlərindən hesab etməyən, ölkəmizdə kəsilən əti halal ət qəbul etməyən xəstə düşüncəli, geri zəkalı insanlar hələ də vardırlar və öz əlaltılarına yenə də dərslər verməklə məşğuldurlar: "Sosial şəbəkələrdə insanları hərc-mərcliyə çağıran belə insanlara qarşı hələ də ciddi tədbirlər görülmür". Əkrəm Həsənov qeyd edib ki, bu cür radikal düşüncəli, hizbiçi, ixvan təşkilatlarından biri də İhya Turas adlı hizbi təşkilatdır: "Səudiyyə Ərəbistanda olan bəzi böyük alimlər də bu cür təşkilatların təhlükəsi haqqında öz ölkə vətəndaşlarına xəbərdarlıq ediblər, insanları o təşkilata qoşulanlardan çəkindiriblər. Bunun təsirinə düşərək pul almaq üçün həmin təşkilata gizlin yolla qoşulan bütün özünü elm əhli sayan şəxslərin adlarını da açıqlayıblar. Hətta bizim ölkəmizdə olanların və bu təşkilata qoşulanların belə adlarını açıqlamaqdan çəkinməyiblər. Bu səbəblə doğru yolda gedən alimlərin ardınca gedən bizim ölkəmizdə olan elm əhli də həmin təşkilatlara qoşulanların adlarını açıqladılar və bu qəbildən olanları onlardan çəkindirdilər. Ancaq buna baxmayaraq yenə də bəziləri var ki, ölkəmizdə hizbiçilk cərəyanına xidmət edərək müsəlmanlar arasında bölücülüyə davam edirlər".
Füzuli