Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2017-ci ilin may ayı ərzində 2 milyon 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 322 min 980 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
5 İyun 2017 12:08 İqtisadiyyat2017-ci ilin may ayı ərzində 2 milyon 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 322 min 980 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 milyon 275 min 528 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il iyun ayının 1-ə qədər Ceyhan limanından 330 milyon 110 min 127 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.