İqtisadiyyat
Ekspert: “Dekabr ayında manat ucuzlaşa bilər?”
“Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır. Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib”.
Azay Quliyev QHT-lərə ayrılan vəsaitin artırılmasını təklif edib
Millət vəkili Azay Quliyev Qeyri-Hökümət Təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitin də artırılmasını istəyib. “Olaylar” xəbər verir ki, millət vəkili bunu QHT-lərə dəstək kimi qiymətləndirib: “Son 5-6 ildir bu məsələyə toxunmuram. Lakin bu dəfə bu məsələni deməyə məcburam.
Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet istiqamət olaraq qalır
Artıq dünəndən etibarən 2018-ci ilin büdcə müzakirələrinə start verilib. Gələn ilin dövlət büdcəsi bir sıra məqamları ilə diqqət çəkir. İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib ki, 2018-ci ilin dövlət büdcəsıni, son illərin geriləmələrindən sonra, gələn il 1,5 faiz iqtisadi artımın gerçəkləşməsi şansının yetərincə olması, islahatlara, məcburi köçkünlərin problemlərinin həllinə və kənd təsərrüfatına əlavə vəsaitin ayrılması baxımından müsbət qiymətləndirmək olar.
Vüqar Bayramov: “Azərbaycanda kredit faziləri olduqca yüksəkdir”
“Bankların kredit faizlərinin yüksək olması müzakirə edilən məsələlərdəndir. Baxmayaraq ki, Mərkəzi Bank tərəfindən istehlak kreditləri üzrə 29, real sektor üçün isə 25 faizlə məhdudlaşdırılması ilə bağlı qərara qəbul edib. Amma istehlak kreditləri üçün 29 faizin təklif edilməsi belə kifayət qədər yüksək göstəricidir”.
Merkuri-1” gəmi-bərəsi dəniz sınağından uğurla çıxıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Merkuri-1” gəmi-bərəsi təmir olunub. Əsaslı təmir yekunlaşdıqdan sonra bərə dəniz sınağından keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda başlayan əsaslı təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə aparılıb.
Kommersiya bankları nəzarətə alınmalıdır
“Problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğru gedir”. “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsininüzvü Əli Məsimlinin sözlərinə görə, hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər hətfə, hər ay özünün də bu problemi həll etmək şansını itirməkdədir: “Amma maliyyə-bank sistemini iflic vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir”.
Gömrük rüsumlarına yenidən baxılacaq
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ni təsdiq edib.
Rəqabət Məcəlləsi niyə qəbul edilmir?
“Əgər Azərbaycanda monopoliya yoxdursa, o zaman niyə Rəqabət Məcəlləsi qəbul edilmir?” “Olaylar” xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdə büdcə müzakirələri zamanı deyib.
BƏƏ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub
Ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri briqada generalı Salim Əl-Şamsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəıbərə görə, nümayədə heyəti akademiyada ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olduqdan sonra hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunur
Noyabrın 21-də Bakı Biznes Mərkəzində Azərbaycan şirkətlərinin ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində iştirakına, həmçinin Çin Xalq Respublikasının Şanxay və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərlərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
“Bank sistemi dağılır”
“Azərbaycanda qiymət siyasəti yoxdur. İqtisadiyyat Nazirliyinin müvafiq departamenti tərəfindən müəyyən işlər görülür. Qurum qiymətlərin müəyyən mənada sabitləşdirilməsinə çalışır. Amma nəticə yoxdur”. “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin İstisadi diyasət və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, bunun səbəbləri araşdırılmalıdır: “Neftin qiymətini büdcədə 45 dollardan götürmüşük.
“Açıq Hökumət Məlumatları” portalının yeni versiyası təqdim olundu
Əli Məsimli: "Gənclər ailə saxlaya bilmədiklərinə görə elmdən uzaqlaşırlar"
"Azərbaycan büdcəsində ucuz neft və qeyri-müəyyən valyuta proqnozlaşdırılır. Büdcə qəbul edilənə qədər manatın da növbəti il üçün proqnozlaşdırılması ilə bağlı qərar verilməlidir". Bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib. O bildirib ki, 2013-cü ildən büdcənin neftdən asılılığını azaltmaq siyasəti həyata keçirilsə də, növbəti ildən büdcənin neftdən asılılığının artdığı müşahidə edilib: “Mərkəzi Bankın uçot dərəcəsi 15 faiz saxlanılsa, kreditlər o qədər yüksək faizlə olacaq kı, sahibkarlar üçün problemlər yaranacaq. Faiz dərəcəsi yüksəkdirsə, bu faizin bir hissəsinin ödənilməsi üçün əlavə fond yaradıla bilər. Manat asılılığını aradan qaldırmaq üçün müsbət yanaşma olardı. 2018-ci ildə dövlət büdcəsinin sosial yönümünün davam etdiriləcəyi göstərilir. Büdcə xərcləri sturukturuna baxanda sosial xərclərə ayrılan vəsaitin 148 milyon manat, 2.2 faiz artığını görürük. Bu isə əsaslı xərclərdən çox aşağıdır. Bununla yanaşı, problemli kreditlərini həll etmədən maliyyə sağlamlığına nail olmaq mümkün deyil”.
Elman Rüstəmov kriptovalyutaya konservativ yanaşır
"Azərbaycan Mərkəzi Bankı müasir dövrdə sürətlə populyarlaşan virtual kriptovalyuta və "blokchain" texnologiyalarından istifadə problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Fond: Bağlanmış banklarla bağlı hüquq-mühafizə orqanlarına 500-dən çox sənəd təqdim olunub
"Bank Standard" QSC-nin 743 mln. manatlıq kredit portfelinin 304 mln. manatdan artıq hissəsi 0% ilə verilib". Bunu "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin iclasında komitə sədri Əkrəm Həsənov deyib.













