Azay Quliyev QHT-lərə ayrılan vəsaitin artırılmasını təklif edib
Millət vəkili Azay Quliyev Qeyri-Hökümət Təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitin də artırılmasını istəyib. “Olaylar” xəbər verir ki, millət vəkili bunu QHT-lərə dəstək kimi qiymətləndirib: “Son 5-6 ildir bu məsələyə toxunmuram. Lakin bu dəfə bu məsələni deməyə məcburam.
22 Noyabr 2017 15:22 İqtisadiyyatMillət vəkili Azay Quliyev Qeyri-Hökümət Təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitin də artırılmasını istəyib. "Olaylar" xəbər verir ki, millət vəkili bunu QHT-lərə dəstək kimi qiymətləndirib: "Son 5-6 ildir bu məsələyə toxunmuram. Lakin bu dəfə bu məsələni deməyə məcburam. Çünki 2016-cı ildə QHT-lərə ayrılan vəsait təxminən 1.6 milyon manat azaldılıb. 2016-cı ildə Şuranın QHT-lərə müqavilə əsasında ödəməli olduğu vəsait də büdcədən bizə ödənilməyib. Ötən il QHT-lərə cəmi 4.6 milyon manat ayrılıb ki, bura şuranın, katibliyin saxlanılması və digər xərclər də daxildir. Təəssüf ki, növbəti ilin dövlət büdcəsində də ayrılan vəsaitin həcmi dəyişməyib. Azərbaycanda 3 mindən çox QHT qeydiyyatdan keçdiyini nəzərə alsaq, bu vəsaiti onlar arasında böləndə hər birinə 1000-1300 manat vəsait düşür. Bununla həmin təşkilatlar hansı işləri görə bilər? Həm də nəzərə almaq lazımdır ki, bu təşkilatların bir sıra layihələri xaricdə həyata keçirilir. Manatın devalivasiyasından sonra bizim xərclərimiz iki qat artıb. Bu zaman onlara xaricdəki layihələr üçün ayırdığımız vəsait bilet pulunun ödənilməsinə çatmır. Bu məsələyə diqqətlə yanaşmalıyıq. Düzdür, Gənclər Fonduna 2 milyon vəsait ayrılıb. Lakin bu fond yalnız gənclər təşkilatlarına vəsait ayırır. Növbəti il həm də seçki ilidir. QHT-lər də bu proseslərdə aktiv iştirak edir. Bunun üçün də onlar lazımı vəsaitlə təmin edilməlidirlər. Bu təşkilatlar ictimai sabitliyə töhfə verən, milli maraqları qoruyan önəmli aktyor, institutlardır. Hesab edirəm ki, onlara əlavə vasait ayırmaqla dəstək vermək lazımdır. Bu gün həmin təşkilatlara lazımı vəsait ayırmasaq, onlara xarici qüvvələr tərəfindən təsir edilə bilər. İnanıram ki, qaldırdığımız məsələ Maliyyə Nazirliyi tərəfindən növbəti ildən nəzərə alanacaq. Ən azı, bizə ödənilməyən 400 min manat vəsaitin ödənilməsi təmin edilə bilər".