Kommersiya bankları nəzarətə alınmalıdır

“Problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğru gedir”. “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsininüzvü Əli Məsimlinin sözlərinə görə, hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər hətfə, hər ay özünün də bu problemi həll etmək şansını  itirməkdədir: “Amma maliyyə-bank sistemini iflic vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir”.

Deputat: "İllərlə qazanc əldə ediblər, indi vətəndaşlara kömək etsinlər"
 

"Problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğru gedir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsininüzvü Əli Məsimlinin sözlərinə görə, hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər hətfə, hər ay özünün də bu problemi həll etmək şansını  itirməkdədir: "Amma maliyyə-bank sistemini iflic vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir". Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, kreditlərlə bağlı islahatların aparılmasına ehtiyac var: "Əhali ilə Mərkəzi Bank arasında anlaşma getsə də, ortada kommersiya bankları qazanc əldə edir. İndi həmin banklar mübahisəli kreditlərlə bağlı köməklik etsinlər. İllərlə qazanc əldə ediblər, indi vətəndaşlara kömək etsinlər. Kommersiya bankları vətəndaşların hüquqlarının qorunması istiqamətində ciddi nəzarətə alınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31