İqtisadiyyat

Azərbaycan - AYİB əlaqələri müzakirə olunub

24 Noyabr 2017 11:53

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri bank rəsmisinin diqqətinə çatdırılıb.

Millət vəkili: “Yaşayış minimumunun hesablanma qaydası dəyişdirilməlidir”

23 Noyabr 2017 17:04

“Yaşayış minimumunun hesablanma qaydası dəyişdirilməlidir”. Məlumata görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

Buğda, düyü və qarğıdalıya tətbiq olunacaq yeni gömrük RÜSUMLARI AÇIQLANDI

23 Noyabr 2017 16:51

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən dənli bitkilərə tətbiq edilən gömrük idxal rüsumları dəyişəcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə əksini tapıb.

Türkiyə Cocuq Mərcanlıda layihə həyata keçirmək istəyir

23 Noyabr 2017 16:48

Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir.  İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.

Türkiyədə xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı məsələsi müzakirə olunur

23 Noyabr 2017 16:10

İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü Nazirlər Müşavirəsi çərçivəsində, “Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı” mövzusunda xüsusi sessiya keçirilir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Biləsuvar rayonunda pambıq istehsalçılarına güzəştli kreditlər verilib

23 Noyabr 2017 15:27

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumu noyabrın 23-də Biləsuvar rayonunun Aşagı Cürəli kəndində keçirib.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Biləsuvar rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Azərbaycanda dinamik inkişafın göstəricilərini müşahidə etməkdəyik

23 Noyabr 2017 14:33

“Son illərdə dünyada iqtisadi proseslərin xüsusiyyətləri kifayət qədər dinamik formada dəyişməkdədir. Belə bir şəraitdə müşahidə edilən əsas meyillər kimi enerji daşıyıcılarının qiymətindəki nisbi sabitlik, dünya üzrə iqtisadi templərinə təsir edəcək iqtisadi risklərin spektrinin genişlənməsi, geosiyasi proseslərin yaratdığı təlatümlər və s. qeyd edilməlidir. Bütün bunların fonunda isə biz Azərbaycanda dinamik inkişafın göstəricilərini də müşahidə etməkdəyik.

Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına çox böyük vəsait ayrılır və investisiyalar yönəldilir

23 Noyabr 2017 14:17

Dünya bazarlarında bir neçə il əvvəl baş verən məlum neft böhranı və bunun fonunda ayrı-ayrı ölkələrin üzləşdikləri maliyyə çətinlikləri Azərbaycan da daxil olmaqla gəlirləri əsasən neftdən formalaşan ölkələrdə qeyri-neft sektorunun daha da inkişafını zərurətə çevirdi. Düzdür, Azərbaycan hələ 2004-cü ildən, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına başladığı zamandan qeyri-neft sektorunun inkişafını əsas prioritet hesab etmişdi. Və etiraf etmək lazımdır ki, ötən 13 il ərzində ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən mənada müsbət tendensiya müşahidə edilmişdi.

Eldar İbrahimov: “Yeni və müasir çağrışlara cavab verən prioritetləri həyata keçirə bilərik”

23 Noyabr 2017 13:10

Dünyada baş verən iqtisadi katakilizmlərə baxmayaraq Azərbaycanda gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artımla proqnozlaşdırılır. İqtisadi ekspertlər bunu ölkədə həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsi kimi dəyərləndirilər. Millət vəkili, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları ıxışında qeyd etdi ki, 1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq: “Azərbaycanda bugünkü sürətli inkişafın da təməli o illərdə qoyulmuşdur.

Soros müxtəlif maliyyə fırıldaqlarını çox böyük məharətlə həyata keçirə biliir

23 Noyabr 2017 12:36

“Corc Soros dünyanın ən zəngin adamlarından biridir. Lakin başqa zəngin insanlardan onu fərqləndirən bir çox cəhətlər var. Bu adam pul qazanmağın ən çirkin üsullarından istıfadə etməkdən heç vaxt çəkinmir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib.

Banklarda cəmləşən vəsaitlər niyə kreditləşməyə yönəldilmir?

23 Noyabr 2017 11:22

“Belə bir fikir söylənilib ki, bu gün dövriyyədə olan pul kütləsi 2014-cü ilə nisbətən aşağıdır. Bu, obyektiv fikirdir. Hazırda dövriyyədə olan pul kütləsi 2014-cü ildəkindən təxminən 24% azdır.

Vüsal Qasımlı: “Bankların kapitallaşdırılması artırılmalıdır”

23 Noyabr 2017 11:23

“Neft gəlirlərinin azalması fonunda Doing Business və Qlobal Rəqabətlilik hesabatlarında ölkəmizin irəliləməsi və ən islahatçı ölkələr sırasına yüksəlməsi, bu ilin ilk 10 ayında qeyri-neft ÜDM-in 2,1% və ixracının 23% artması, strateji valyuta ehtiyatlarının 5 milyard dollarına qədər çoxalması birbaşa islahatların nəticəsidir”. Bunu deyən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, hazırda neft qiymətlərinin 60 dolları keçməsinə rəğmən islahatlar əvvəlki temp ilə davam edir ki, bu da iqtisadi islahatların dönməz xarakter aldığını göstərir: “Gələn illərdə ölkədə qeyri-neft ixracının, sənaye və aqroparkların fəaliyyəti, həmçinin neft-kimya müəssisələrinin işə düşməsi nəticəsində və turizm başda olmaqla xidmətlərin ixracının artması, eyni zamanda idxalın əvəzlənməsi hesabına ölkəyə valyuta mədaxili kanallarının çeşidinin və miqyasının artması, eyni zamanda manatın dayanıqlılığı üçün əlavə imkanlar yaranacaq.

Elman Rüstəmov: “İnflyasiya bizim başlıca problemimizdir”

23 Noyabr 2017 11:13

“İnflyasiya bizim başlıca problemimizdir. Mən bununla tam razıyam”. “Olaylar” xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib. O, qeyd edib ki, inflyasiyanın son illərdə başlıca drayveri olan kurs məsələsi sabitləşdirilib: “Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət həyata keçirir. Çünki inflyasiya əhali, onun real gəlirləri üçün real təhlükədir və avtomatik vergidir. Ona görə bizim və hökumətin başlıca qayğısı inflyasiya və qiymət sabitliyi olmalıdır.

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək

22 Noyabr 2017 18:04

“Gələn il daha iki rayonda icbari tibbi sığorta prinsipləri tətbiq ediləcək". Modern.az-ın məlumatına görə, maliyyə naziri Samir Şərifov Milli Məclisdəki 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputatların irəli sürdüyü təklif və iradlara cavab verərkən deyib. Nazir bidirib ki, hələlik pilot layihələrin nəticələrinin təhlilinə ehtiyac var: “Hesab edirəm ki, qarşıdakı illərdə ölkədə icbari sığortanın tətbiqi geniş vüsət alacaq”.

Samir Şərifov deputatların iradlarını cavablandırdı

22 Noyabr 2017 17:52

"Dünən Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı dövlət büdcəsində sosial xərclərin azaldığı barədə fikirlər səsləndirildi. Amma 2018-ci ilin dövlət büdcəsində heç bir sosial xərc azaldılmayıb. Ən azı cari ilin səviyyəsində saxlanılıb”. “Olaylar”ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.