Türkiyədə xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı məsələsi müzakirə olunur
İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü Nazirlər Müşavirəsi çərçivəsində, “Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı” mövzusunda xüsusi sessiya keçirilir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
23 Noyabr 2017 16:10 İqtisadiyyatİstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü Nazirlər Müşavirəsi çərçivəsində, "Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı" mövzusunda xüsusi sessiya keçirilir. Tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, sessiya xüsusi olaraq Dakar limanı - Sudan dəmir yolu layihəsi, "Bir kəmər-bir yol" təşəbbüsü və Bakı-Tbilisi-Kars layihələri ilə bağlıdır. Sessiya layihələrin reallaşdırılması istiqamətində qarşıya çıxan çətinliklər, bu dəhlizlərin daha yaxşı fəaliyyət göstərmələri və marşrut üzərində yerləşən ölkələrinin mümkün əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunub. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov cıxış edərək bu günlərdə açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verilib.Bildirilib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək.
Qeyd edək ki, tədbirdə İslam dünyasının nazir və nümayəndələri, həmçinin beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, təhlil mərkəzlərinin, özəl sektor və akademiyanın nümayəndələri də iştirak edirlər.