Elman Rüstəmov: “İnflyasiya bizim başlıca problemimizdir”

“İnflyasiya bizim başlıca problemimizdir. Mən bununla tam razıyam”. “Olaylar” xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib. O, qeyd edib ki, inflyasiyanın son illərdə başlıca drayveri olan kurs məsələsi sabitləşdirilib: “Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət həyata keçirir. Çünki inflyasiya əhali, onun real gəlirləri üçün real təhlükədir və avtomatik vergidir. Ona görə bizim və hökumətin başlıca qayğısı inflyasiya və qiymət sabitliyi olmalıdır.

"İnflyasiya bizim başlıca problemimizdir. Mən bununla tam razıyam". "Olaylar" xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib. O, qeyd edib ki, inflyasiyanın son illərdə başlıca drayveri olan kurs məsələsi sabitləşdirilib: "Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət həyata keçirir. Çünki inflyasiya əhali, onun real gəlirləri üçün real təhlükədir və avtomatik vergidir. Ona görə bizim və hökumətin başlıca qayğısı inflyasiya və qiymət sabitliyi olmalıdır. İnflyasiyanın sosial təzahürünü, nəticəni mən qeyd etdim. Pul kütləsi vasitəsi ilə inflyasiyanın sürətləndirilməsinin tərəfdarları varsa, onlara demək istəyirəm ki, bunun çox ciddi makroiqtisadi tərəfi var. Əhalinin gəlirlərinin, daxili tələbatın azalması iqtisadi artımın, iş yerlərinin itirilməsinə gətirib çıxarır". Baş bankir əlavə edib ki, ölkədə makroiqtisadi sabitliyin əsasları yaradılıb. Onun sözlərinə görə, hələlik bu makroiqtisadi sabitliyin müddəti azdır: "Bu, təxminən 9 ayı əhatə edir. Biz qəti arxayınlaşmamalıyıq. Hökumət, Mərkəzi Bank 2018-ci ildə və ortamüddətli dövrdə vəzifələri yaxşı dərk edir. Hesab edirik ki, biz bu vəzifələrin öhdəsindən gələcəyik. Bunun üçün qarşıda güclü maliyyə intizamı, makroiqtisadi siyasətin qanadlarının sıx koordinasiya olunması, bütövlükdə qiymət sabitliyinə çatmaq üçün həyata keçirilən makro antiinflyasiya tədbirləri ilə təbii inhisarların tariflərinin, qiymətinin liberallaşdırılması siyasətinin çox sıx əlaqələndirilməsi kimi olduqca ciddi vəzifələr durur". Baş bankir əlavə edib ki, biz neftin qiymətləri ilə bağlı olduqca ehtiyatlı davranmalıyıq. O, neftin qiymətləri yüksələn vaxt büdcənin gəlirlərinin artırılmasının tərəfdarı olmadığını deyib: "Eyni zamanda, neftin qiyməti düşən zaman xərcləri azaltmamalıyıq. İqtisadiyyat canlı orqanizm olduğundan stabillik, sabit xərc, sabit qiymət və sabit kurs tələb edir. Bu isə öz növbəsində tələb edir ki, resurs ölkələri sabit xərclərə əsaslanmalıdır. Neft gəlirlərinin indiki və gələcək nəsillər arasında bölünməsi ədalət prinsiplərinə tam şəkildə uyğundur". E.Rüstəmov qeyd edib ki, ilin əvvəlindən pul kütləsi 12% artıb. "İlin əvvəlindən biz dövriyyəyə təxminən 1 milyard manata yaxın vəsait ayırmışıq. İlk sabitlik rüşeymlərinin yarandığı fevral ayının sonundan Mərkəzi Bank iqtisadiyyata əlavə olaraq 1,8 milyard manat vəsait yönəldib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31