Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına çox böyük vəsait ayrılır və investisiyalar yönəldilir

Dünya bazarlarında bir neçə il əvvəl baş verən məlum neft böhranı və bunun fonunda ayrı-ayrı ölkələrin üzləşdikləri maliyyə çətinlikləri Azərbaycan da daxil olmaqla gəlirləri əsasən neftdən formalaşan ölkələrdə qeyri-neft sektorunun daha da inkişafını zərurətə çevirdi. Düzdür, Azərbaycan hələ 2004-cü ildən, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına başladığı zamandan qeyri-neft sektorunun inkişafını əsas prioritet hesab etmişdi. Və etiraf etmək lazımdır ki, ötən 13 il ərzində ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən mənada müsbət tendensiya müşahidə edilmişdi.

Əksər kənd təsərrüfatı məhsullarının satışı üçün çox geniş imkanlar mövcuddur

Dünya bazarlarında bir neçə il əvvəl baş verən məlum neft böhranı və bunun fonunda ayrı-ayrı ölkələrin üzləşdikləri maliyyə çətinlikləri Azərbaycan da daxil olmaqla gəlirləri əsasən neftdən formalaşan ölkələrdə qeyri-neft sektorunun daha da inkişafını zərurətə çevirdi. Düzdür, Azərbaycan hələ 2004-cü ildən, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına başladığı zamandan qeyri-neft sektorunun inkişafını əsas prioritet hesab etmişdi. Və etiraf etmək lazımdır ki, ötən 13 il ərzində ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən mənada müsbət tendensiya müşahidə edilmişdi. Lakin məlum neft böhranı bir daha sübut etdi ki, vəziyyət heç də ürəkaçan deyil və bu sahənin bir qədər inkişafı üçün kifayət qədər potensial və imkanlar var. Xüsusilə, bu istiqamətdə aqrar sahə və turizm sektorunun inkişaf etdirilməsi üçün Azərbaycan kifayət qədər imkanlara malikdir. Elə ölkə başçısının müntəzəm olaraq regionlara səfərləri və hər bir region üçün spesifik olan sahələrin inkişaf etdirilməsi məqsədilə keçirilən regional forumlar, müşavirələr bu məqsədə xidmət edirdi. Ötən müddət ərzində müşahidə edilən mənzərə ondan ibarətdir ki, bu sahədə görülən işlər öz müsbət nəticələrini verməkdədir. Elə ekspertlər də bu qənaətdədirlər. İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, iqtisadiyyatın inkişafında qeyri-neft sektoru prioritet seçildiyi gündən sənaye ilə kənd təsərrüfatı aparıcı sahələr elan olunub. Odur ki, bu sahələrdə artım hazırda daha çox diqqəti cəlb edir: "2017-ci ilin yanvar-oktyabr aylarının nəticəsinə əsasən, istehlak məhsulları ilə xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrüylə müqayisədə 13,7, o cümlədən, ərzaq məhsullarının qiymətləri 17,6, qeyri-ərzaq mallarının qiymətləri 12,4, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6 faiz artıb. Statistika Komitəsinin məlumatına görə, oktyabr ayı ərzində sentyabra nisbətən istehlak məhsulları ilə xidmətlərin qiymətləri 1,1, ərzaq məhsulları 2,3, qeyri-ərzaq 0,3, əhaliyə göstərilən pullu xidmətlər isə 0,2 faiz səviyyəsində artım nümayiş etdirib. Göründüyü kimi, ən çox ərzaq məhsulları bahalaşıb. Çünki yay mövsümünün sonundan bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır və bu, heç də yaxşı hal deyil. Çünki istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür. Bu da, ölkəmizdə qeyri-neft sektoru hələ yetərincə inkişaf etmədiyindən bizim üçün daha böyük çətinliklər yaradır. Deməli, kənd təsərrüfatının inkişafı, yəni bu sahədə məhsul istehsalı artımı sənayedən də əvvəl baş verməlidir və bu məsələ nəzarətdə saxlanılmalıdır. Bu mənada, indiyədək bölgələrdə zavod və fabriklərin tikilib açılması nə qədərə zəruri və vacib xarakter daşıyırdısa, regionların iqtisadiyyatında əsas gəlir mənbəyini aqrar məhsulların istehsalı və tədarükünün təşkil etməli olduğu indi özünü daha açıq şəkildə büruzə verir. Mərkəzdən maliyyələşdirilməsi səviyyəsi də məhz bunun sayəsində minimuma enməlidir. Başqa sözlə desəm, dövlət əvvəlkitək sosial xarakterli infrastrukturların qayğısına qala bilər, amma digər sahələri maliyyələşdirmədə iştirak etməməlidir. Bunu zəruri edən digər amil də ölkədə əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsinin məhz aqrar istehsala məxsus sahələrdə, yəni regionlarda məskunlaşması təşkil edir". Bəs, real vəziyyət necədir? İqtisadçı deyir ki, kənd təsərrüfatı sahəsində məhsul istehsalında artım var. 2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,780 milyard manat təşkil edib ki, onun da 2 milyard 929,1 milyon manatı heyvandarlıq, 2 milyard 850,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb: "Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,8 faiz, bitkiçilik məhsulları isə 5,3 faiz artıb. Ümumiyyətlə, Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatının inkişafına müntəzəm olaraq çox böyük vəsait ayrılır və investisiyalar yönəldilir. Ölkədə əksər kənd təsərrüfatı məhsullarının satışı üçün çox geniş imkanlar mövcuddur: Hamısı ixrac yönümlü məhsullardır, onların satışı üçün bazarlar axtarmağa ehtiyac yoxdur və bu, olduqca üstün cəhətdir. Odur ki, dövlət getdikcə hər şeyi öz üzərinə götürür və tezliklə ölkənin aqrar sektorunda çox böyük sıçrayış əldə etmək istənilir. Yeri gəlmişkən, bu ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı ixracından 396 milyon dollar əldə etmişik ki, ilin sonunadək bu rəqəmin 550 milyon dollar səviyyəsində olacağı gözlənilir. Ümumiyyətlə, 2018-2021-ci illərdə ölkədə ümumən qeyri-neft sektorunun orta hesabla 7,3 faiz artacağı proqnozlaşdırılır ki, bunun daxilində gələn il aqrar sektor üzrə 6,2 faiz, növbəti 3 ildəsə orta hesabla 6 faiz yüksəliş olacağı proqnozlaşdırılır. Bir sözlə, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş tədbirlər nəticəsində də bu sektorun inkişafı üçün əlverişli şərait yaranıb". Pərviz Heydərov qeyd edib ki, Azərbaycanda aqrar sahədə islahatlar hələ 90-cı illərdən başlanıb və bu gün də davam etdirilir: "Bununla belə, ölkədə bu islahatlar heç də kompleks nəticələr və irəliləyiş əldə etməyə imkan yaratmayıb. Yəni sözügedən sahədə birtərəfli inkişaf əldə olunub, bəzi ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı isə dayanıb. Düzdür, indi həmin sahələr bərpa olunur. Amma necə təəssüf ki, bu sahədə problem var.Məsələn, əvvəlki şərhlərimizin birində yazmışdıq ki, keçən il fındıq Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Ölkəyə 105 milyon dollar valyuta gətirib. Bu, Şimal-Qərb rayonlarının kənd camaatını çox sevindirmişdi. Çünki bir ara qiymətlər kiloya 7-8 manata qədər qalxmışdı. Ümumiyyətlə, bu ilin birinci yarımili ərzində 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib. Sözün qısası, fındıq ən çox valyuta gətirən kənd təsərrüfatı istehsalı məhsulu olub. Odur ki, ölkənin 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağları salınır, 2017-2018-ci illərdə daha 10 min hektar salınacaq və sair. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldursa, bu rəqəm 20 min nəfərə çatacaq. Rəsmi olaraq da deyildi ki, keçənilki 7-8 manat aşağı qiymətdir. Çünki xarici bazarlarda fındığın 1 kiloqramının qiyməti bizim pulla 10 manatdan çoxdur. Ancaq çox maraqlıdır ki, bu ilsə kənd camaatından fındığın alış qiymətinin 3 manatdan artıq olmadı. Əhali məyus qaldı. Sual olunur, niyə? Bu və ya digər gəlir gətirən sahəyə dəstək göstərilməsi tələb olunanda nədən əhalinin, yəni fərdi istehsalçı və tədarükçülərin iqtisadi maddi maraqları məngənəyə düşsün ki? Bax, bu cür məsələlər həllini tapmalldır. Yəni, aqrar sahədə stimullaşdırıcı xarakter daşıyan siyasətdə qiymət amili, maddi maraqların qorunması prinsipləri mütləq təmin olunmalıdır. Çünki bazar iqtisadiyyatı şəraitində hər şey qiymətlərdən asılıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31