İqtisadiyyat
Evi sökülən vətəndaşlara xəbərdarlıq
Bakıda köhnə tikililərin, xüsusən də “Xuruşovka” adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. İnşaata məsul olacaq şirkətlər mənzil sahiblərinin adətən 2 illik kirayə haqqlarını ödəyən və həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər.
Tibb işçilərinə Səhiyyə Nazirliyindən şad xəbər
İcbari tibbi sığorta sistemi səhiyyə sisteminin şəffaflaşdırılmasına, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin əməyinin stimullaşdırılmasına yardım edəcək.
Az insanın bildiyi, möhtəşəm saytlar - NƏHƏNG ARXİV
Aşağıdakı saytlara diqqətlə nəzər yetirin. Əminik ki, sizin də işinizə yarayacaq bir çox sayt kəşf edəcəksiniz. Bu məqaləni brauzerinizdə yadda saxlaya və ehtiyac olduğunda qeyd etdiyimiz saytları rahatlıqla tapa bilərsiniz. https://app.prntscr.com/tr/download.html- ekran şəkli (screenshot) çəkmə vasitəsi, linux, mac & windows üçün https://dictation.io/- səsli mesaj, not qeyd etmə servisi
Azərbaycan 4 ölkə ilə nəqliyyat dəhlizi yaradır
Türkmənistan Məclisi noyabrın 25-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lyapis lazur” nəqliyyat dəhlizinin yaradılması barədə sazişi ratifikasiya edib. Saziş noyabrın ortalarında Aşqabadda Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə XİN-in yüksək vəzifəli şəxsləri səviyyəsində imzalanıb. İmzalama mərasimi Əfqanıstan üzrə VII İqtisadi əməkdaşlıq regional konfransı çərçivəsində baş tutub.
Binəqədidə bu yolda təmir başlayır - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal Paşayev küçəsində sabahdan yenidənqurma işlərinə başlanılacaq. “Azəravtoyol”ASC-dən verilən məlumata görə, işlərə ilkin olaraq yol ayrıcında (yolun ortasında) yerləşən yüksək gərginlikli işıq dirəklərinin sökülərək xətlərin yerin altına keçirilməsi ilə başlanılır.
Bakı Nəqliyyat Agentliyindən sərnişindaşıma şirkətlərinə XƏBƏRDARLIQ
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qış mövsümü ilə bağlı xəbərdarlıq məktubu göndərilib. BNA-dan verilən məlumatda bildirilir ki, daşıyıcılar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 141 nömrəli Qərarına və Bakı Nəqliyyat Agentliyinin tələblərinə əsasən, müntəzəm sərnişindaşımaları müvafiq normativ aktlara uyğun olaraq təşkil etməlidirlər.
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı? - VİKİPEDİYA
AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediya mövzusunda keçirilən təlimlərimizdə iştirak edən AMEA Tarix İnstitutunun Diaspor şöbəsinin elmi işçisi Elnur Neciyev Vikipediyada "Araz Türk Cümhuriyyəti" mövzusunda olan məqaləni mənbələr əsasında redaktə edərək müəyyən düzəlişlər etmiş, həm də tamamilə genişləndirmişdir.
Ekspert: “Mərkəzi Bank növbəti aya indidən hazırlaşmalıdır”
"Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra Qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır”.
İstehlakçı hüquqlarının müdafiəsinə dair konfrans keçirilib
Noyabrın 24-də Salyanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda Konfransı keçirilib.
Satınalan təşkilatları üçün təlim keçirilib
Salyan rayonunda dövlət satınalmalarına həsr olunmuş təlim kursu keçirilib. "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təşkil olunan təlimdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların mütəxəssisləri iştirak edib.
Aİ ölkələri Azərbaycana 21 milyard dollar sərmayə qoyub
Son 10 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycana investisiyaları 21 milyard ABŞ dolları təşkil edib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 24-də Bakıda keçirilən “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin yekununa həsr olunan konfransda deyib. Nazir əlavə edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif proqramlar çərçivəsində də geniş əməkdaşlıq mövcuddur və Aİ tərəfindən 1992-ci ildən ölkəmizə 595 milyon avro məbləğində yardım göstərilib.
Əmək Nazirliyi tərəfindən aparılan islahatlar əhali tərəfindən çox müsbət qarşılanır
Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar əhali tərəfindən çox müsbət qarşılanır. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Rüfət Quliyev səsləndirib.
Dünyada gedən iqtisadi titrəyişlər bir daha göstərir ki,....
Ölkədə artıq bir neçə ildir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atılır. Əslində bu prosesə 2004-cü ildən etibarən start verilsə də, lakin dünyada baş verən neft böhranından sonra bu sahənin prioritetliyi bir qədər də artdı. Hazırda demək olar ki, qeyri-neft sektoru özünün uğurlu inkişaf mərhələsindədir. İxrac qabiliyyətinin artırılması, regionlarda ənənəvi sahələrin inkişaf etdirilməsi bu prosesə öz müsbət təsirini göstərir. Bütün bunlara rəğmən neft sektoru da hələlik əsas diqqət mərkəzində olan sahələrdəndir.
Azərbaycan-Almaniya İşçi Qrupunun 7-ci iclası keçirilib
Berlində Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirilib. İclasa Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik edib.
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, bu layihə Cocuq Mərcanlıda kənd təsərrüfatı və heyvandarlığın inkişafını nəzərdə tutan təsərrüfatın yaradılmasını və burada aqrar məhsulların istehsalını nəzərdə tutur.














.jpg)