Əmək Nazirliyi tərəfindən aparılan islahatlar əhali tərəfindən çox müsbət qarşılanır

Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar əhali tərəfindən çox müsbət qarşılanır. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Rüfət Quliyev səsləndirib.

Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar əhali tərəfindən çox müsbət qarşılanır. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Rüfət Quliyev səsləndirib. O, bildirib ki, nazirliyin məqsədyönlü fəaliyyətindən çox misallar gətirmək olar: "Hələ 3 il əvvəl mən bir deputat kimi cənab nazir Səlim Müslümova müraciət etdim ki, Lənkəran şəhərində hər ay keçirdiyim qəbulların birində Nazirliyin yerli qurumlarının hər birindən bir nəfər nümayəndə iştirak etsin ki, bir çox məsələləri yerindəcə həll edək. Cənab nazir dərhal bu təklifimə müsbət reaksiya verib, rayonun yerli qurumlarına yazılı surətdə göstəriş verdi ki, onların nümayəndələri qəbullarda iştirak etsinlər. Artıq 3 ildir ki, biz bu formatda qəbullar keçiririk və bu da seçicilər tərəfindən böyük razılıqla qarşılanır. Çünki qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll olunur, əsassız söz-söhbətlərə son qoyulur". Millət vəkili deyib ki, Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamından sonra Nazirliyin xətti ilə regionlarda xeyli işlər görülüb və görülməkdədir: "Prezidentin ehtiyat fondundan Nazirliyə ayrılmış 6 milyon manat vəsait təyinatı üzrə istifadə olunur. Təmsil etdiyim 73 saylı Lənkəran şəhər seçki dairəsinin ərazisində artıq 29 nəfər bu Proqrama cəlb olunub və onlara 145 min manat vəsait ayrılıb. Yəni 29 ailə əməli işlə məşğuldur və onlar konkret olaraq heyvandarlıq, quşçuluq, məişət xidməti və digər xidmət sahələri ilə məşğul olur. Bu sahədə rayonda işlər uğurla gedir və genişlənir. Yaxşı olardı ki, bu xeyirxah işə ayrılan vəsait daha da artırılsın və bütün ölkə coğrafiyasını əhatə etsin". Rüfət Quliyev deyib ki, yaxın gələcəkdə ünvanlı sosial dövlət yardımları sahəsində islahatlar aparılacaq və özünüməşğulluq proqramına geniş meydan veriləcək.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31