İqtisadiyyat

30 milyon manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib

29 Noyabr 2017 14:51

28 noyabr 2017-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102029540 ISIN kodlu, tədavül müddəti 182 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.

Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə edilib

29 Noyabr 2017 14:49

İqtisadiyyat Nazirliyində strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar müəyyən olunmuş əlaqələndirici və məsul icraçı struktur bölmələrin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

Növbəti ixrac missiyası Dubay şəhərinə gedir

29 Noyabr 2017 11:21

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 3-7 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunacaq. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, ixrac missiyasında təmsil olunan meyvə-tərəvəz istehsalçıları 5-7 dekabr tarixlərində Dubayda keçiriləcək Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan “WOP Dubai”da da iştirak edəcəklər. Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgi çərçivəsində seminar və ikitərəfli görüşlər təşkil ediləcək.

BTQ qatarı Türkiyədən yola çıxdı – İLK DƏFƏ

29 Noyabr 2017 10:54

Tarixi İpək yolunu canlandırmaq məqsədilə çəkilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Azərbaycana gələcək ilk qatar yola çıxıb. Kənd təsərrüfatı məhsulları və inşaat ləvazimatları daşıyan qatar Mersin şəhərinin Tarsus bölgəsindən start götürüb.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı VAXT AÇIQLANDI

28 Noyabr 2017 15:38

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına 2018-ci ilin birinci yarısının sonunda başlanılacaq. Bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın İctimai televiziyasına müsahibəsində deyib. Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir və turistlər üçün maraqlı olan şəhərləri əhatə edir: "Əminəm ki, bu yol həm sərnişinlər, həm də yüklər üçün cəlbedici olacaq".

Siqaretin 40% bahalaşacağı gözlənilir - Rusiyada

28 Noyabr 2017 15:36

Tütün məmulatlarına minimal pərakəndə qiymətinin tətbiq olunması nəticəsində Rusiyada siqaretin qiyməti 40% arta bilər.  Bu barədə maliyyə nazirinin müavini İlya Trunin məlumat verib. Minimal pərakəndə qiymətini Səhiyyə Nazirliyi müəyyənləşdirəcək. Maliyyə Nazirliyindən verilən məlumata görə, nəticədə əhalinin siqaret tələbi aşağı düşəcək və istehlakı azalacaq.

Energetika Nazirliyi Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransında təmsil olunacaq

28 Noyabr 2017 14:39

28-29 noyabr 2017-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransı keçiriləcək. Energetika Nazirliyindən “Olaylar” verilən məlumata görə, tədbirdə Azərbaycanı energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə müzakirə aparılıb

28 Noyabr 2017 13:36

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq tapşırığının icrası məqsədilə İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair" Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkilinə dair iqtisadiyyat nazirinin 08.11.17 tarixli əmri ilə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərliyi ilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.

Qazaxıstanda yeni pul buraxıldı - Dombıra

28 Noyabr 2017 13:25

Qazaxıstan Milli Bankı milli musiqi aləti dombranın təsvir olunduğu gümüş sikkə buraxıb. "Dombıra" adlı sikkə 3000 tirajla buraxılıb. "Dombıra" sikkəsi "Çöl xəzinəsi" sikkələr seriyasına daxildir.

Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir

28 Noyabr 2017 12:23

Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi öz işinə başlayıb. “Olaylar” xəbər verir ki, açılışda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov sərginin əhəmiyyətindən danışıb.

Bakıda potent hüququ mövzusunda beynəlxalq seminar keçirilir

28 Noyabr 2017 12:20

Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda 2 günlük regional seminar öz işinə başlayıb.

Gürcüstanın iqtisadiyyat naziri: “BTQ-nin gələcəkdə 15 milyon tona qədər yük daşımaq gücü olacaq”

28 Noyabr 2017 11:53

“Üç ölkəni birləşdirən Bakı-Tbilisi-Qars İpək yolunun bir hissəsidir”. Bunu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib. 

Azərbaycan enerji təhlükəsizliyinin təminatı sahəsində Avropanın mühüm tərəfdaşıdır

27 Noyabr 2017 17:48

“Ötən həftə möhtərəm Prezidentimiz İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində aparılan danışıqlar, əldə olunan uğurlu nəticələr və digər mühüm məqamlarla yadda qaldı. Möhtərəm Prezidentimiz bütün görüşlərdə, aparılan bütün danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların, xüsusi ilə də BMT-nin qəbul etdiyi 4 qətnaməni bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Azərbaycan Türkiyənin ikinci ən iri qaz ixracatçısına çevrildi

27 Noyabr 2017 16:57

Bu ilin sentyabr ayında Türkiyə 3,680 mlrd. kubmetr təbii qaz idxal edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,4% çoxdur. Ötən ilin sentyabrında qardaş ölkə 3,007 mlrd. kubmetr qaz alıb. Sentyabrda idxal olunan qazın 3,232 mlrd. kubmetri boru xətləri, 448 mln. kubmetri LNG təsisatları vasitəsilə nəql olunub.

Nazirlik sahibkarlarla görüş keçirib

27 Noyabr 2017 12:46

Vergilər Nazirliyinin Tədris Mərkəzində Şamaxı rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Vergilər nazirinin müşaviri – Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov ötən ilin sonunda dövlət başçısının müvafiq fərmanına uyğun olaraq hazırlanmış 12 strateji yol xəritəsi barədə danışaraq, onun sahibkarlığın inkişafına mühüm töhfə verdiyini bildirib.