Gürcüstanın iqtisadiyyat naziri: “BTQ-nin gələcəkdə 15 milyon tona qədər yük daşımaq gücü olacaq”
“Üç ölkəni birləşdirən Bakı-Tbilisi-Qars İpək yolunun bir hissəsidir”. Bunu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.
28 Noyabr 2017 11:53 İqtisadiyyat"Üç ölkəni birləşdirən Bakı-Tbilisi-Qars İpək yolunun bir hissəsidir". Bunu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib. Onun sözlərinə görə, nəqliyyat dəhlizinin birinci mərhələdə yük daşıma gücü 5 milyon ton təşkil edəcək: "Gələcəkdə isə bu gücün 15 milyon tona qədər artırılması mümkün olacaq". Nazir Tbilisidə keçirilən beynəlxalq "İpək yolu" forumunun əhəmiyyətini də qeyd edib: "Bu forum Gürcüstanda həyata keçirilən infrastruktur və digər layihələrə əlavə investisiyaların cəlb olunması baxımından olduqca əhəmiyyətlidir."