Bakıda potent hüququ mövzusunda beynəlxalq seminar keçirilir

Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda 2 günlük regional seminar öz işinə başlayıb.

Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə "Patent hüququ müqaviləsi və onun tətbiqi" mövzusunda 2 günlük regional seminar öz işinə başlayıb. Komitədən "Olaylar"a verilən məlumata görə, seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov Azərbaycanda qeyri-neft sənayesinin inkişafı istiqamətində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan danışıb. Bildirib ki, yeni iqtisadi modelə keçidlə iqtisadiyyatımız innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etməkdədir. Niyazi Rəhimovun sözlərinə görə, elmi-texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət edir, məhsula əlavə dəyər verir. O bildirib ki, beynəlxalq təcrübədə sahibkarlar innovativ təşəbbüslərin meydana çıxmasında fəal iştirak edir. Bir çox hallarda, kiçik və orta sahibkarlığın təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiralar sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açır, böyük iqtisadi uğurla nəticələnir. Seminar beynəlxalq ekspertlərin mövzu üzrə məruzələri noyabrın 29-da da davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31