Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə edilib

İqtisadiyyat Nazirliyində strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar müəyyən olunmuş əlaqələndirici və məsul icraçı struktur bölmələrin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

İqtisadiyyat Nazirliyində strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar müəyyən olunmuş əlaqələndirici və məsul icraçı struktur bölmələrin nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata gör, iclasda strateji yol xəritələrinin tədbirlər planlarında İqtisadiyyat Nazirliyi üzrə Strateji planlaşdırma və proqnozlaşdırma, Dövlət investisiyaları, Regionların inkişafı və dövlət proqramları, Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi, Dövlətlərarası iqtisadi əməkdaşlıq və Səfərbərlik hazırlığı şöbələrinin, Korporativ idarəetmə sektorunun, İqtisadi İslahatlar Elmi-Tətqiqat İnstitutunun, Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib və hesabat məruzələri dinlənilib.İclaslarda həmçinin, strateji yol xəritələrində qeyd olunan struktur bölmələrin icraçı olduğu tapşırıqların icra intizamında mövcud ola biləcək mümkün risklər və onların aradan qaldırılmasına dair təkliflər, eləcə də icra müddəti 2017-ci ildə başa çatan tədbirlərin ilin sonunadək icrasının tamamlanması üçün görülməsi nəzərdə tutulan işlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31