30 milyon manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib

28 noyabr 2017-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102029540 ISIN kodlu, tədavül müddəti 182 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.

28 noyabr 2017-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0102029540 ISIN kodlu, tədavül müddəti 182 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir. Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, AZ0102029540 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 88.26 milyon manat təşkil etmişdir. Maliyyə Nazirliyi tərəfindən 30.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98.0481(gəlirlilik 8.5000%) səviyyəsində müəyyən edilmişdir. İstiqrazların ödəmə müddəti 29 may 2018-ci ildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31