Eldar İbrahimov: “Yeni və müasir çağrışlara cavab verən prioritetləri həyata keçirə bilərik”
Dünyada baş verən iqtisadi katakilizmlərə baxmayaraq Azərbaycanda gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artımla proqnozlaşdırılır. İqtisadi ekspertlər bunu ölkədə həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsi kimi dəyərləndirilər. Millət vəkili, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları ıxışında qeyd etdi ki, 1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq: “Azərbaycanda bugünkü sürətli inkişafın da təməli o illərdə qoyulmuşdur.
23 Noyabr 2017 13:10 İqtisadiyyatDünyada baş verən iqtisadi katakilizmlərə baxmayaraq Azərbaycanda gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artımla proqnozlaşdırılır. İqtisadi ekspertlər bunu ölkədə həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsi kimi dəyərləndirilər. Millət vəkili, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları ıxışında qeyd etdi ki, 1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq: "Azərbaycanda bugünkü sürətli inkişafın da təməli o illərdə qoyulmuşdur. Sonrakı 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb". E.İbrahimov bildirib ki, bu fikirlər reallığı tam əks etdirir və müzakirə etdiyimiz büdcə layihəsi də bunu bir daha sübut edir. Gələn ilin büdcə gəlirləri və xərclərinin 20 milyard manatdan çox olması onu göstərir ki, müstəqilliyinin son 25 ili ərzində Azərbaycanda mövcud iqtidarın həyata keçirdiyi iqtisadi siyasət çox düzgün siyasət olmaqla onun əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarını təmin etmək, ölkəmizin iqtisadi qüdrətini daim artırmaq və beynəlxalq aləmdə Azərbaycanı müstəqil siyasət yeridən böyük nüfuza malik bir ölkə kimi tanıtmaqdır. Bu məqsədlə ölkəmizdə dünya iqtisadiyyatı və siyasətində baş verən dəyişikliklərə və çağırışlara uyğun olaraq əsaslı işlər görülür: "Regionların sosial-iqtisadi inkişafına dair üçüncü proqramın(2014-2018) uğurla icra olunması, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" imzaladığı Fərman, həmçinin müxtəlif məsələlərə dair qəbul edilmiş Proqramlar yaxın vaxtlarda ölkə iqtisadiyyatında ixracın həcminin çoxalması, idxalı əvəz edən məhsulların istehsalının və rəqabət qabiliyyətinin artırılması, məşğulluq səviyyəsinin yüksəlməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi, innovasiyaların tətbiqi kimi prioritet vəzifələrin həyata keçirilməsini təmin edəcəkdir. Bütün bu məsələlərin həllində əsas yük dövlətin üzərinə düşür və hər il dövlət büdcəsindən göstərilən məqsəd üçün vəsait ayrılır. Qeyri-neft sektorunun prioritet isiqamətlərindən biri olan aqrar sahədə də intensivləşməni genişləndirmək, məhsuldarlığı artırmaq üçün regionlarda aqroparklar və iri təsərrüfatlar yaradılır. 2018-ci ilin büdcə layihəsində kənd təsərrüfatı tədbirlərinə 617 milyon manat büdcə vəsaitinin ayrılması nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 30 faiz çoxdur. Əvvəlki illərdə biz kənd təsərrüfatına 450-500 milyon manat vəsait ayrılmasını arzu edirdik. Gələn il bu artıq reallığa çevrilir. Necə deyərlər hər şeyin öz vaxtı var. Əgər bir neçə il bundan qabaq həmin vəsait ayrılmış olsa da belə, biz bu vəsaiti səmərəli xərcliyə bilməzdik. Çünki, indi aqroparkların yaradılması, iri fermer təsərrüfatlarının təşkili, çoxsaylı emal müəssisələrinin tikintisi, bəzi məhsulların son istehlak malına kimi emalı və digər məsələlərin həlli üçün hazırlıq xarakterli çox işlər görmək lazım idi. Bu işlər artıq yerinə yetirilib və indi biz yeni və müasir çağrışlara cavab verən prioritetləri həyata keçirə bilərik. Bu məqsədlə aqrar sahədə islahatların aparılmasına bu il büdcə vəsaiti nəzərdə tutulmadığı halda gələn il 80 milyon manat vəsait ayrılacaqdır. Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 249 milyon manat büdcə vəsaiti ayrılması nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən icrasına nisbətən 25 faiz çoxdur. Eyni zamanda Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətlərinə, habelə kənd təsərrüfatında elmi xərclərə ayrılan büdcə vəsaitləri xeyli artırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə büdcə vəsaitləri hökumətin çox düzgün müəyyən etdiyi prioritet istiqamətlərə xərclənir". Komitə sədri xatırladıb ki, keçən il "Kənd təsərrüfatı kooperasiyası haqqında" Qanun qəbul edildi və ölkə Prezidenti "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında bu il Sərəncam imzaladı: "Bununla əlaqədar yaxşı olardı ki, dövlət büdcəsində bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün müvafiq orqanlara vəsait ayrılması nəzərdə tutulsun. Belə halda bu istqamətdə konkret nəticə əldə etmək olar". Deputat əlavə edib ki, büdcə gəlirlərinin formalaşması əsasən Vergilər nazirliyi və Gömrük komitəsinin fəaliyyəti ilə əlaqədardır: "Ümid edirik ki, həmişə olduğu kimi gələn ildə də onların əməkdaşlarının əzmkarlığı sayəsində üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər". Deputat Azər Badamov da qeyd edib ki, dövlət büdcəsi layihəsi ölkəmizin bu günün reallıqlarına uyğun və gələn ilin çağırışlarını nəzərə alınaraq hazırlanmışdır. Reallığımız odur ki, dövlət başçımızın apardığı düşünülmüş sosial-iqtisadi siyasəti sayəsində geniş spektirli iqtisadi islahatlara start verilmiş, iqtisadiyyatın neftdən asıllığını aradan qaldırılması istiqamətində atılmış addımlar öz nəticəsini verməyə başlanmış , manatın məzənnəsi xarici valyutalar qarşısında sabitləşmiş və 2017-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin olunmuşdur. Cari ilin reallıqları 2018-ci ilin dövlət büdcəsinin 2017-ci ildəkinə nisbətən artımla nəzərdə tutulmasına imkan vermişdir. 2018-ci ilin dövlət büdcəsi layihəsindən göründüyü kimi xərclərin tərkibində 33,5% -i sosialyönümlü olması onu göstərir ki, dövlət siyasətimizin təməlində Azərbaycan vətəndaşı durur və İnsanların rifahının yaxşılaşdılması dayanır: "Düşünürəm ki, 2018-ci ildə ölkəmizdə sənayeləşmə prosesi sürətlənəcək, yeni müəsisələrin açılışları olacaq və gələcək illərdə dövlət büdcəmizin daha da çox artımlarla layihələşdirilməsinə imkanlar yaranacaqdır. Sənaye müəsisələrin açılışı istiqamətində regionlarda emal sənayesinin inkişaf etdirilməsinin də əhatə olunmasına böyük ehtitac var. Müstəqilliyimizin ilk illərində regionlarda yerləşən emal müəsisələri özəlləşdirilmiş, lakin hər bir infrastrukturu olmasına baxmayaraq illərdir ki, istifadə olunmur və dağıdılmış vəziyyətdədir. Belə müəsisələr təmsil olunmduğum Qusar rayonda da var. Çox təəsüf ki, zavodları özəlləşdirmiş şəxslər nəinki, bu müəsisələri istifadə etmir, hətta dirçəltmək istiqamətində heç bir addım da atılmır. Dövlət başçımızın aqrar sektora yüksək diqqətlə yanaşdığı və kənd təsərrüfatının süətlə inkişaf etdiyi bir zamanda emal zavodların dirçəldilməsinə ehtiyac var. Zavodları almış şəxslərin qabağında şərt qoyulmalıdır ki, ya özləri işlətsinlər və ya da geri alınaraq işlədə bilmək bacarığı olan sahibkarlara verilməlidir. Əgər həmin müəsisələrin iş fəaliyyəti bərpa edilərsə bu, həm regionlarda yeni iş yerləridir, həm də ixracyönümlü məhsullarının istehsalı olmaqla dövlət büdcəsinə gələcək gəlirlərin yeni mənbəyi olardı".
Nurlan