Merkuri-1” gəmi-bərəsi dəniz sınağından uğurla çıxıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Merkuri-1”  gəmi-bərəsi təmir olunub. Əsaslı təmir yekunlaşdıqdan sonra bərə dəniz sınağından keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda başlayan əsaslı təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə aparılıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Merkuri-1"  gəmi-bərəsi təmir olunub. Əsaslı təmir yekunlaşdıqdan sonra bərə dəniz sınağından keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda başlayan əsaslı təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə aparılıb. Belə ki, gəmi bərənin  baş  və  köməkçi  mühərrikləri, nasos və elektrik mühərriklər təmir olunub. Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq.

Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni isə 18.3 metr olan gəminin maksimal sürəti 15 uzeldir.Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31