İqtisadiyyat
Bir ayda 195-2 Çağrı Mərkəzinə 760 müraciət daxil olub
2017-ci ilin noyabr ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 760 müraciət daxil olub. Ötən ay ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, istehlakçıların qanuni hüquqlarının müdafiəsi, güzəştli kreditlərin əldə olunması və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
İxrac missiyamız Dubayda uğurlu nəticələr əldə edib
Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Dubaya səfəri davam edir. İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsinin birgə təşkilatçılığı ilə missiya iştirakçıları yerli məhsullarımızın Dubayın market və bazarlarında satışı imkanları və distributorluq məsələlərinin müzakirə olunduğu ikitərəfli görüşlərdə iştirak ediblər.
Ekspert: “Mərkəzi Bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir”
“Mərkəzi Bank bir rəqəmli infilyasiya hədəfləsə də uçot dərəcəsini 15 faiz olaraq saxlamaqdadır”. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, uçot dərəcəsi Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir: “Bütövlükdə MDB-də yalnız Tacikstanda uçot dərəcəsi bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir.
Azərbaycan meyvələri Hindistana ixrac ediləcək
Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Dubaya səfəri davam edir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirliyin, AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsinin birgə təşkilatçılığı ilə missiya iştirakçıları yerli məhsullarımızın Dubayın market və bazarlarında satışı imkanları və distributorluq məsələlərinin müzakirə olunduğu ikitərəfli görüşlərdə iştirak ediblər.
Ölkə vətəndaşları mövcud idarəetmə sistemindən razıdır
Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi siyasət kursu və əldə edilən nəticələr ildən-ilə ölkəmizin beynəlxalq aləmdəki yeri möhkəmləndirir, onun nüfuzunu artırır. Sevindirici cəhət ondan ibarətdir ki, qazanılan nailiyyətlər yerli ictimaiyyət, Azərbaycan xalqı ilə bərabər beynəlxalq aləm tərəfindən də müsbət qiymətləndirilir.
Azərbaycan neft hasilatını azaltmaqla bağlı öhdəliyi yerinə yetirib
Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin noyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Beynəlxalq maliyyə institutları Azərbaycanın sənaye parklarına maraq göstərir
Dekabrın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, beynəlxalq maliyyə institutlarının yerli nümayəndəliklərinin, sənaye parkları və sənaye məhəllələrinin rezidentlərinin iştirakı ilə "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda tədbir keçirilib. Nazirlikdən “Olaylar” verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
"Bitkoin"dən yeni rekord — 12 min dolları ötdü
Dünyanın ən populyar və bahalı kriptovalyutası sayılan bitkoinin kursu 12 min dolları ötüb. Bununla da onun kapitallaşdırılması 200 milyard dollardan çox olub.
Bankların vəziyyəti ürəkaçan deyil
"Bu il kommersiya banklarındakı əmanətlərin həcmi 7 milyard 747 milyon manatdan 7 milyard 22 milyon manatadək, yəni 725 milyon manat azalıb. Mövcud əmanətlərin 1 milyard 982 milyon manatı milli, 5 milyard 40 milyon manat isə xarici valyutada saxlanılır. Deməli, əmanətlərin 70 faizindən çoxu xarici valyutadadır. Əmanətlərin həcminin azalması ilə yanaşı diqqəti çəkən digər məqam depozit faizlərinin aşağı düşməsidir".
TANAP-ın açılacağı vaxt açıqlandı
Transanadolu (TANAP) qaz boru sistemi 2018-ci ilin birinci yarısında açılacaq. Bu barədə Türkiyə mətbuatı Energetika və Təbii Resurslar Nazirliyinə istinadən xəbər verir. Hazırda qaz kəmərinin tikintisinin yekunlaşdırılması üzrə işlərin sürətlə davam etdirildiyi bildirilir.
Qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə artım müşahidə olunur
"Azərbaycan dünyada dinamik inkişaf edən ölkələrdən biridir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
Qəzet kağızı gömrük rüsumundan tam azad edilib
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad edilib. Məlumata görə, bu,Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Azərbaycana daha çox hansı ölkədən turist gəlir? - SİYAHI
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yalnız oktyabr ayında Azərbaycana 204 686 nəfər səfər edib. Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutur. Bu ilin ilk 10 ayı ərzində Azərbaycana Rusiyadan 727577, Gürcüstandan 439 305, İrandan isə 320 904 xarici vətəndaş gəlib.
Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib
“Son 14 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.
SOCAR və PETROFAC müəssisə yaratdı
Dekabrın 5-də SOCAR Tower-də Petrofac və Dövlət Neft Şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə, Birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsini imzalayıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə müqaviləyə əsasən SOCAR-ın səhm payı 51%, Petrofac şirkətinin payı 49% nisbətində müəyyən edilib. Təsis Müqaviləsini SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Petrofac-ın Beynəlxalq Mühəndislik və İstehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran imzalayıblar.














