Ekspert: “Mərkəzi Bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir”

“Mərkəzi Bank bir rəqəmli infilyasiya hədəfləsə də uçot dərəcəsini 15 faiz olaraq saxlamaqdadır”. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə,  uçot dərəcəsi Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir: “Bütövlükdə MDB-də yalnız Tacikstanda uçot dərəcəsi bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir.

"Mərkəzi Bank bir rəqəmli infilyasiya hədəfləsə də uçot dərəcəsini 15 faiz olaraq saxlamaqdadır". Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə,  uçot dərəcəsi Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir: "Bütövlükdə MDB-də yalnız Tacikstanda uçot dərəcəsi bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir. Depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli infilyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Azərbaycan Mərkəzi Bankının yüksək dərəcəyə üstünlük verməsinin səbəblərini izah etmək çətindir. Əslində, baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir".OLAYLAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31