İqtisadiyyat

Pensiyaların yenidən hesablanması hansı qaydada həyata keçiriləcək?

5 Dekabr 2017 13:10

Azərbaycanda həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət müsbət nəticəsini verməkdədir. Ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf olacağı proqnozlaşdırlır. Təsadüfi deyil ki, bir müddət öncə prezident İlham Əliyev iki illik iqtisadi geriləmədən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil olacağını anons etmişdi.

ƏHALİNİN NƏZƏRİNƏ: gələn il pensiyalar bu qədər artacaq

5 Dekabr 2017 11:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ay pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb. İqtisadçı Vüqar Bayramov pensiyaların yeni indeksasiya mexanizmi və pensiya məbləğinin neçə faiz artacağını şərh edib.

İranlı investorlar Azərbaycana investisiya yatırmaqda maraqlıdır

5 Dekabr 2017 11:17

Dekabrın sonunda İranda (Astara) Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək. İqtsadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bu barədə İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə müzakirələr aparılıb.

Menecerlərin ixtisasının artırılması ilə bağlı tədbir keçirilib

5 Dekabr 2017 11:16

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramının kiçik və orta sahibkarlığın inkişafında rolu” mövzusunda tədbir keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumlarına uyğun olaraq, 2009-cu ildən başlayaraq Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nı həyata keçirir.

İxrac missiyamız Dubay şəhərindədir

5 Dekabr 2017 11:13

Azərbaycanın növbəti ixrac missiyası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindədir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, süd və süd məhsullarının, ət və ət məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.

Türkiyə lirəsi ucuzlaşa bilər AÇIQLAMA

4 Dekabr 2017 17:41

“Rza Zərrabın Amerika məhkəməsində şahidlik etməsi Türkiyə lirəsini daha da ucuzlaşdıra bilər. Belə ki, məhkəmə Türkiyə banklarının və ya hətta hər hansı bir bankının İran ilə sanksiyalardan kənar əməkdaşlıq etdiyini təsdiq edərsə o halda bu həm qardaş dövlətə maliyyə cəriməsi və həm də bəzi banklarına sanksiyalar ilə nəticələnə bilər”. Bu sözləri  iqtisadçı Vüqar Bayramov deyib.

Heydər Əsədov beynəlxalq təşkilatın nümayəndələri ilə görüşüb

4 Dekabr 2017 16:34

Dekabrın 4-də Kənd Təsərrüfatı naziri Heydər Əsədov İFAD-ın (Kənd Təsərrüfatı və İnkişaf üzrə Beynəlxalq Fond) Azərbaycan üzrə proqram meneceri Tarek Kotb və Türkiyə üzrə proqram rəhbəri Abdelhamid Abdouli ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüşün məqsədi Azərbaycan Hökumətinin İFAD-la birgə həyata keçirdiyi "Heyvandarlıq Sektorunda Məhsuldarlığın və Marketinqin Təkmilləşdirilməsi Proqramı"nın maliyyələşdirmə Sazişi ilə bağlı müzakirələrin aparılması olub. Qonaqları səmimi salamlayan Kənd Təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanın İFAD-la əməkdaşlığa yüksək qiymət verdiyini və bu nüfuzlu təşkilatla əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.

İxrac missiyası Ciddəyə gedəcək

4 Dekabr 2017 14:42

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində olacaq. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirlik tərəfindən təşkil edilən ixrac missiyasına müsabiqə əsasında seçilmiş və meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 13 şirkət daxildir. İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olacaq, ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.

Sumqayıt bulvarında pulsuz "Wİ-Fİ"

2 Dekabr 2017 09:42

Sumqayıt bulvarında pulsuz "Wİ-Fİ" quraşdırılacaq. Yeni layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sumqayıt Telekominikasiya Qovşağı tərəfindən həyata keçiriləcək. Artıq Sumqayıt sakinləri və şəhərə gələn qonaqlar Dənizkənarı bulvar ərazisində pulsuz internetdən istifadə edə biləcəklər. Bulvar ərazisinin internetlə təchiz olunması üçün nəzərdə tutulmuş avadanlıqlar hər 60 metrdən bir quraşdırılacaq.

Reyhan Camalova: İxtiramla bağlı 5 investordan təklif gəlib

1 Dekabr 2017 23:43

Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Trampın bütün dünyaya nümunə göstərdiyi Reyhan Camalova artıq Bakıdadır.  15 yaşlı azərbaycanlı ixtiraçı səfər təəssüratlarını Xəzər TV-yə ilə bölüşüb. O, Azərbaycanı gənc yaşda təmsil etməkdən fəxarət hissi duyduğunu bildirib.

Energetika naziri əfqanıstanlı həmkarı ilə görüşüb

1 Dekabr 2017 16:23

Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin III görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla OPEC Konfransının prezidenti və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz əl Falih arasında görüş keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə neft hasilatının azaldılmasına dair sazişin nəticələri, neft bazarında mövcud vəziyyət, eləcə də Azərbaycanla OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Mənşə sənədinin alınması proseduru sadələşdirilib

1 Dekabr 2017 15:34

Dekabrın 1-də Bakı Biznes Mərkəzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-i tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, ixrac zamanı yaranan məsələlərin operativ həlli və şəffaflığın təmin edilməsi məqsədilə təşkil edilən “Açıq qapı” günləri çərçivəsində seminar keçirilib.

Manatın taleyi necə olacaq?

1 Dekabr 2017 15:26

Artıq 2017-ci ili başa vurmağımıza sayılı günlər qalıb desək yanılmarıq. İl ərzində iqtisadi sahədə baş verən inkişaf dinamikası, iqtisadiyyatın müxtəlif sahələrində qeydə alınan müsbət göstəricilər qarşıdan gələn 2018-ci ilin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacağından xəbər verir. Bunu cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri də təsdiqləyir. Amma nəzərə çarpan müsbət dinamika ilə yanaşı, bəzi problemlər də yox deyil. Bu problemlər isə ölkənin maliyyə sektoru ilə bağlıdır.

BP: Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyəti artırıla bilər

1 Dekabr 2017 12:42

"Cənub Qaz Dəhlizi Xəzər dənizindən hasil olunan təbii qazın Avropanın cənubuna çatdırılması üçün nəzərdə tutulub. Bunadək Xəzər dənizindən hasil olunan qaz Azərbaycandan Gürcüstana və Türkiyəyə nəql olunurdu. Qeyd etmək lazımdır ki, bunadək il ərzində mövcud infrastrukturla bu ölkələrə 10 mlrd. kubmetr qaz ixrac edilirdisə, Cənub Qaz Dəhlizi işə düşdükdən sonra layihənin ötürücülük qabiliyyəti 16 mlrd. kubmetr təşkil edəcək ki, bunun da 10 mlrd. kubmetri Cənubi Avropaya nəql olunacaq".