İxrac missiyası Ciddəyə gedəcək
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində olacaq. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirlik tərəfindən təşkil edilən ixrac missiyasına müsabiqə əsasında seçilmiş və meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 13 şirkət daxildir. İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olacaq, ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.
4 Dekabr 2017 14:42 İqtisadiyyat"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində olacaq. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nazirlik tərəfindən təşkil edilən ixrac missiyasına müsabiqə əsasında seçilmiş və meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 13 şirkət daxildir. İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olacaq, ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.