Türkiyə lirəsi ucuzlaşa bilər AÇIQLAMA

“Rza Zərrabın Amerika məhkəməsində şahidlik etməsi Türkiyə lirəsini daha da ucuzlaşdıra bilər. Belə ki, məhkəmə Türkiyə banklarının və ya hətta hər hansı bir bankının İran ilə sanksiyalardan kənar əməkdaşlıq etdiyini təsdiq edərsə o halda bu həm qardaş dövlətə maliyyə cəriməsi və həm də bəzi banklarına sanksiyalar ilə nəticələnə bilər”. Bu sözləri  iqtisadçı Vüqar Bayramov deyib.

"Rza Zərrabın Amerika məhkəməsində şahidlik etməsi Türkiyə lirəsini daha da ucuzlaşdıra bilər. Belə ki, məhkəmə Türkiyə banklarının və ya hətta hər hansı bir bankının İran ilə sanksiyalardan kənar əməkdaşlıq etdiyini təsdiq edərsə o halda bu həm qardaş dövlətə maliyyə cəriməsi və həm də bəzi banklarına sanksiyalar ilə nəticələnə bilər". Bu sözləri  iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu, Türkiyə üçün əlavə xərc yaratmaqla yanaşı, qonşu ölkə banklarının beynəlxalq sövdələşmələrinə və eləcə də kredit reytinqlərinə mənfi təsir göstərə bilər: "Bunun baş verəcəyi halda isə lirənin daha çox dəyər itirəcəyi də qaçılmaz olacaq. Buna görə də, Zərrabın məhkəməsi heç də bir iş adamının mühakimə olunması ilə məhdudlaşmır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31