Beynəlxalq maliyyə institutları Azərbaycanın sənaye parklarına maraq göstərir

Dekabrın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, beynəlxalq maliyyə institutlarının yerli nümayəndəliklərinin, sənaye parkları və sənaye məhəllələrinin rezidentlərinin iştirakı ilə "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda tədbir keçirilib. Nazirlikdən “Olaylar” verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Dekabrın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, beynəlxalq maliyyə institutlarının yerli nümayəndəliklərinin, sənaye parkları və sənaye məhəllələrinin rezidentlərinin iştirakı ilə "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda tədbir keçirilib. Nazirlikdən "Olaylar" verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illər yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi, rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb. Mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişaf etdirilməsi davam etdirilir. "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrası barədə məlumat verən Niyazı Səfərov Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrinin sənayenin inkişafında rolundan, sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan danışıb, yeni sənaye zonalarının yaradılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Bu baxımdan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinın əhəmiyyətini qeyd edən nazir müavini beynəlxalq maliyyə qurumlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib. Tədbir sənaye parkları və sənaye məhəllələrinin rezidentləri ilə beynəlxalq maliyyə qurumlarının nümayəndələri arasında müzakirələrlə davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31