Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib

“Son 14 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan  öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.

"Son 14 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan  öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O, bildirib ki, ölkəmizin iqtisadi inkişaf dinamikası qlobal reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir: "Azərbaycan dünyanın ən güclü, ən yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik 40 ölkəsi sırasında yer alır. Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi isə ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada qeyd edə bilərik ki, Azərbaycanda mütərəqqi  iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Dövlət siyasəti ona yönəlib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Bu strateji kursa uyğun olaraq Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Hesab edirəm ki, uğurlu siyasət nəticəsində ölkəmiz daha böyük naliyyətlər əldə edilməkdədir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31