İqtisadiyyat
Zərdab rayonunda 2 yeni icma fəaliyyətə başlayıb
Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Zərdab rayonunun Hüseynxanlı icmasında yem emalı müəssisəsi və Əlibəyli icmasında tibb məntəqəsi fəaliyyətə başlayıb.
Nazir: "Əmək bazarının əlillər üçün uyğunlaşdırılmasına ehtiyac var"
"Bu gün Azərbaycanda 624 min əlilliyi olan şəxsin təxminən 26 min nəfəri birinci qrup əlil kimi pensiya alanlardır". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazirin sözlərinə görə, ölkədə sosial müavinət alan əlillərin sayı 22 min nəfər təşkil edir.
Çıxarışlar elektron qaydada veriləcək
Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalara əsasən, mənzilin dövlət reyterindən çıxarışı (“kupça”) elektron qaydada veriləcək. Dəyişikliyə əsasən, mənzilin hüquqi sahibi öz elektron imzası ilə “Elektron Hökumət” portalı vasitəsi ilə bu sənədə sahib ola biləcək. “Olylar” xəbər verir ki, iqtisadşı ekspet Vüqar Bayramov “kupça”ların elektron verilməsi həm proseduraların sayının azaldılması, həm də şəffaflığın gücləndirilməsi baxımdan müsbət haldır: “Bununla yanaşı, bizim apardığımız monitorinqlər göstərir ki, Bakıda inşa edilən yeni binaların təxminən 80 faizindən çoxunda mənzillərin dövlət reysterindən çıxarışları yoxdur.
İxrac missiyasının Ciddəyə səfəri başa çatıb
Meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsil olunduğu ixrac missiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfəri başa çatıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, ixrac missiyası çərçivəsində iş adamları bir sıra ikitərəfli görüşlərdə iştirak edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələlərini müzakirə ediblər. Səfərin sonuncu günü Ciddə Ticarət və Sənaye Palatasında görüş keçirilib.
Qazaxıstanın energetika naziri İqtisadiyyat Nazirliyində olub
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Qazaxıstanın energetika naziri Kanat Bozumbayevlə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan və Qazaxıstan arasında siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadiyyat naziri diqqətə çatdırıb ki, ölkələrimiz arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Bununla belə, potensial daha böyükdür və bundan səmərəli istifadə olunmalıdır.
Azərbaycan bu sahədən 5,5 milyard dollardan çox gəlir qazandı
2016-cı ildə dünya bazarlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və dövlətin payına düşən 127,38 milyon barrel neft satılıb. Bu barədə Azərbaycanın 2016-cı ildə hasilat sənayesində şəffaflıq haqqında yekun hesabatda deyilir. Satılan neftin ümumi məbləği 5,53 milyard dollar təşkil edib.
Azərbaycan-Belarus işgüzar görüşü keçirilib
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakəda Azərbaycan-Belarus işgüzar görüşü keçirilib. Tədbirdə Azərbaycan və Belarusdan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, İKT, konsaltinq, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, AZPROMO-nun prezidenti Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.
Göyçayda sahibkarlara güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu dekabrın 7-də Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Forum çərçivəsində Fond tərəfindən Göyçay rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
1859 sahibkara güzəştli kredit verilib
2017-ci ilin ötən dövrü ərzində 1850-dək sahibkarlıq subyektinin ümumi dəyəri 500 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 121,7 milyon manat güzəştli kredit verilib. “Olaylar” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
Sahil Babayev: "Azərbaycana qarşı ittihamların əsassız olduğu bir daha sübut olundu"
"Azərbaycanda fəaliyyət göstərən bütün şirkətlər Hasilat Sənayesində Şəffaflıq prinsiplərinə əməl etməlidir". Bunu bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin, media nümayəndələrinin iştirakı ilə "Moore Stephens Azerbaijan" auditor şirkəti tərəfindən 2016-cı il üzrə HSŞ Hesabatının yekun versiyasının təqdimatında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
İxrac missiyamız Ciddədir
Növbəti ixrac missiyamız Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil olunub. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir. İxrac missiyası çərçivəsində sahibkarlar AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.
KOS-un inkişafı tədbirlərinə beynəlxalq ekspertlər cəlb edilir
Dekabrın 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və yerli ekspertlərinin iştirakı ilə “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda seminar keçirilib.
BTQ-də yük qatarlarının hərəkətinin təşkili və idarəetmə rejimi yoxlanılır
Bakı-Tbilisi-Qars dəmir yolunun Marabda-Kartsaxi, Marabda-Axalkalaki sahəsində yük qatarlarının hərəkətinin təşkili, qatarların hazırlığı və idarəetmə rejimini müəyyən edilməsi üçün, “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifovun rəhbərliyi və “Ukrayna investisiya-konsaltinq” şirkətinin və Dnepropetrovsk Dəmir Yolu Mühəndisləri İnstitutununalim mütəxəssislərinin iştirakı ilə sınaqlar keçirilib.
Hökumətin iqtisadi kursunda sahibkarlığın inkişafı əsas prioritet təşkil edir
Son illər müşahidə edilən müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, ölkədə əlverişli investisiya mühiti yaradılıb. Həm yerli, həm də xarici iş adamları yaradılan bu şəraitdən istifadə edərək iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyur, ayrı-ayrı sahələrin inkişafına öz töhfələrini verirlər.
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib
Dekabrın 7-də Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib. İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.














