İqtisadiyyat
Sahibkarlar üçün gömrük və maliyyə sahələri üzrə treninq keçirilib
Dekabrın 14-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə kiçik və orta sahibkarların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılmasına dair tədbir keçirilib. İqtisadiyyat Nazirliyimdən “Olaylar”a verilən məlumata görə, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “KOS subyektlərinin maliyyə savadlılığının artırılması”, “KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin edilməsi” və “KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi” yarımbəndlərində müəyyən edilmiş tədbirlərin icrasını təmin etmək məqsədi ilə keçirilən tədbirin məqsədi KOS-ların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılması, bu sahələr üzrə yeni məlumatların verilməsidir.
Tahir Rzayev: “Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır”
Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, qeyri-neft sektorunun tərkibində sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, sərmayə qoyuluşlarının artması, qeyri-neft ixracının artırılması və digər məsələlər əsas yer tutur.
Dövlət büdcəsi 714 mln. manatlıq kəsirlə icra olunub
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 14 749,3 mln. manat, xərcləri 15 463,1 mln. manat təşkil edib, büdcənin icrasında 713,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,1%-i qədər kəsir yaranıb.
"Moody`s": Azərbaycan banklarının maliyyələşmə perspektivləri məhduddur
"Moody's" beynəlxalq reytinq agentliyi MDB ölkələri banklarının reytinq üzrə proqnozunu "stabil" olaraq qiymətləndirir. Agentliyin yaydığı "Avropa bankları - 2018 Proqnoz" adlı hesabatda proqnozun stabil olmasının bu ölkələrdə əmtəə qiymətlərinin yüksək olması ilə əlaqələndirilir.
Böyük Britaniya Azərbaycanda ən böyük investordur
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed ilə görüşüb, ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Dollar yenidən bahalaşıb
“Son aylar dolların alış kursu ilk dəfə 1.705-ə yüksəlib. Artıq əksər banklar 100 dollara 170 manatdan çox vəsait ödəyirlər. Bu isə o deməkdir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar”.
FED-in qərarının manata ciddi təhlükəsi yoxdur:
Bu günlər Birləşmiş Ştatlar bütün parametrlər üzrə dünyanın əsas diqqətini özündə cəmləşdirib desək yanılmarıq. Xüsusilə okeanın o tayından siyasi və iqtisadi sahədə atılan addımlar dünya dövlətləri tərəfindən maraqla, eyni zamanda da narahatçılıqla izlənilir, müşahidə olunur.
Vüsal Qasımlı: “Azərbaycanda iqtisadi islahatlar dönməz xarakter alıb”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Parisdə Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OCED) və SİGMA-nın birgə təşkilatçılığı ilə keçirilən “Vətəndaşlar və biznes üçün daha yaxşı dövlət idarəçiliyi” adlı nazirlər konfransında iştirak edib.
ABŞ-dan dollarla bağlı – VACİB QƏRAR
Nazir: "Statoil" hələ uzun müddət Azərbaycanın tərəfdaşı olacaq"
Energetika naziri Pərviz Şahbazov “Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Favad Qureyşini qəbul edib. Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, F.Qureyşi Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə P.Şahbazova təbriklərini çatdırıb. Azərbaycanda 25 illik fəaliyyəti ərzində "Statoil" şirkəti iləEnergetika Nazirliyi arasında yüksək əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Maşın bazarında qiymətlər qalxacaq…
2018-ci ildə avtomobillərin qiymətinin artacağı ilə bağlı məlumatlar yayılıb. Təəccüblüdür, əhalinin dolanışıq səviyyəsinin aşağı düşməsi fonunda avtomobil bazarında da alıcılıq qabiliyyəti azalırsa, qiymətlər niyə qalxmalıdır?
Dünya Bankı neft-qaz layihələrini maliyyələşdirməkdən imtina etdi
Azərbaycanda kim daha çox maaş alır?
2017-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1517,8 min nəfər olmuş, onlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 639,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Ticarətin təhlükəsiz və asan həyata keçirilməsi mövzusunda təlim başlayıb
Dekabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsi" mövzusunda təlim başlayıb.
Dövlət Komitəsi bahalaşan ərzaq mallarının adlarını açıqladı
2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.














