Böyük Britaniya Azərbaycanda ən böyük investordur
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed ilə görüşüb, ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
14 Dekabr 2017 15:21 İqtisadiyyatİqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed ilə görüşüb, ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli əlaqələrə önəm verdiyini, ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, ölkəmizdə Britaniya sərmayəli 500-dən çox şirkət fəaliyyət göstərir. Azəri-Çıraq-Günəşli layihəsinin bu ilin sentyabrında 2050-ci ilədək uzadılmasının tarixi əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev Azərbaycanın Britaniyanın BP şirkəti ilə neft-qaz hasilatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirib. BP şirkəti ölkəmizdə neft-qaz sahəsində 7 layihədə iştirak edir, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP layihələrində paya malikdir. Azərbaycana yatırılan investisiyaların həcminə görə Böyük Britaniya ilk yerdədir. İndiyədək Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 mlrd. ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan gəncləri dünyanın aparıcı universitetlərində, eləcə də Böyük Britaniyada təhsil alırlar.
Azərbaycanın qeyri-neft sektoru sahəsində Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Şahin Mustafayev Baronessa Rona Ferhedin Bakıya səfərinin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, əməkdaşlığın genişləndirilıməsi istiqamətləri barədə fikirlərini bildirib. Vurğulanıb ki, Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, neft-qaz sənayesində istifadə olunan avadanlıqları birgə istehsal edə, Azərbaycanda dərman preparatları, tibbi avadanlıq və qida sənayesi məhsulları birgə istehsal oluna, birgə müasir ət və süd emalı müəssisələri, heyvandarlıq təsərrüfatları yaradıla bilər. Bundan başqa, turizm, nəqliyyat, İKT sahələrində əlaqələrin inklişafı üçün imkanlar genişdir. Böyük Britaniya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə bilər. Nazir Şahin Mustafayev həmçinin, Azərbaycanın qeyri-neft ixracının artdığını qeyd edib, ölkəmizdən Böyük Britaniyaya ixrac potensialı olan məhsullar barədə məlumat verib. Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə aparılan islahatlar barədə də danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.