İqtisadiyyat
Nazir energetika obyektlərinə baxış keçirib
Energetika naziri Pərviz Şahbazov ölkənin enerji sektorunda mühüm yer tutan bir sıra müəssisələrin fəaliyyəti ilə yaxından maraqlanıb. Energetika Nazirliyindən verilən məlumata görə, bu məqsədlə Şirvana səfəri çərçivəsində 780 meqavat gücə malik “Cənub” Elektrik Stansiyasının işi ilə tanış olub.
Azərbaycan məhsullarına maraq artıb
18 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay və Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Nağdsız ödənişlər üçün POS- terminallar quraşdırılıb
Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi prirotiteti üzrə tədbirləri davam etdirir.
Elçin Hüseynbəyli yazır... İtlər adası
Mən heyvanları sevirəm. Bunu ona görə deyirəm ki, kimsə məni heyvanlara qarşı ögey münasibətdə qınamasın.
İstehsalçılar qiymət artımını gözləyirlər
“İstehsalçı müəssisələrin anbarlarında hazır məhsul qalığı artmaqdadır. Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil edib”.“Olaylar” xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. İqtisadçı bildirib ki, 10 ay ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb: “Anbarlarda hazır məhsul qalığının artımını əsasən 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq istehsalçıların onları satışa çıxarmaması”.
Bahalı dollar siyasəti gələn il də davam edəcək
ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1% - 1,25% səviyyəsindən 1,25% - 1,50 faizədək artırıb. Bunun əsas səbəbi makroiqtisadi göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsidir.
Bakıdakı mağazalarda yalançı endirimlər
Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Elanlarda 50 faizdən başlayan endirimlərin olduğu qeyd olunur. Əslində, bu tip elanlarla mağaza sahibləri müştərini ruhu belə incimədən aldadırlar. Belə ki, məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır. Nəticədə məhsul endirim adı ilə əvvəlki qiymətinə müştəriyə satılır.
Mərkəzi Bank: FED-in qərarı manata birbaşa təsir etmir
"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir".
Korporativ idarəetmə prinsiplərinin KOS subyektlərində tətbiqinə dair təlim keçirilib
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasını təmin etmək məqsədilə dekabrın 15-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin kiçik və orta sahibkarlıq subyektlərində tətbiqi ilə bağlı "Korporativ idarəetmə" mövzusunda təlim keçirilib.
"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə dekabrın 15-də Hacıqabul rayonunda konfrans keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Goranboy sahibkarlarına güzəştli kredit verilib
Dekabrın 15-də Goranboy rayonunun Rəhimli kəndində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən işgüzar form keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirakı ilə keçirilən forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Goranboy rayonunun iqtisadi potensialına uyğun olaraq, bitki yağları və nar konsentratı istehsalı, süd emalı və meyvəqurutma müəssisələrinin, südlük istiqamətli cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
İcraçı direktor: "Azərbaycan İKT inkişaf perspektivinə görə dünyada ilk onluqdadır"
"Azərbaycan Dünya Bankının hesabatına görə İKT inkişaf perspektivi əlamətinə görə dünyada ilk onluqdadır". Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
Palata: İki bank müştərilərinə kompensasiyaların verilməsində pozuntulara yol verib
"Əmanətlərin Sığortalanması Fondunda hazırda audit tədbiri başa çatmayıb, proses davam edir".“Olaylar” xəbər verir ki, bunu Hesablama Palatasının sədri vüqar Gülməmmədov deyib.
Vüqar Bayramov: “Öz funksiyalarını yerinə yetirə bilməyən bankların sayı artır”
“Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmasına ehtiyac var. Əvvəllər də dediyimiz kimi, təcrübə göstərdi ki, palatanın “axsayan bankları” müflis elan etməsi problemdən çıxış yolu deyil”. “Olylar” xəbər verir ki, bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, belə bankların sağlamlaşdırılmasına və konsolidasiya prosesinin dəstəklənməsinə ehtiyac var: “Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır.
Azərbaycan - Türkiyə biznes forumu keçirilib
Dekabrın 14-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib.













