Nazir energetika obyektlərinə baxış keçirib

Energetika naziri Pərviz Şahbazov ölkənin enerji sektorunda mühüm yer tutan bir sıra müəssisələrin fəaliyyəti ilə yaxından maraqlanıb. Energetika Nazirliyindən verilən məlumata görə, bu məqsədlə Şirvana səfəri çərçivəsində 780 meqavat gücə malik “Cənub” Elektrik Stansiyasının işi ilə tanış olub.

Energetika naziri Pərviz Şahbazov ölkənin enerji sektorunda mühüm yer tutan bir sıra müəssisələrin fəaliyyəti ilə yaxından maraqlanıb. Energetika Nazirliyindən verilən məlumata görə, bu məqsədlə Şirvana səfəri çərçivəsində 780 meqavat gücə malik "Cənub" Elektrik Stansiyasının işi ilə tanış olub. Müstəqillik dövründə tikilmiş ən böyük elektrik stansiyalarından biri kimi ölkənin enerji potensialının gücləndirilməsinə xidmət edən bu infrastruktur qurğusu barədə nazirə ətraflı məlumat verilib. Bildirilib ki, 2013-cü ildən istismara verilmiş stansiyanın fəaliyyəti keyfiyyətlilik və qənaətlilik prinsipinə əsaslanır. "Cənub" Elektrik Stansiyası analoji stansiyalardan fərqli olaraq faydalı iş əmsalı, sərfiyyat kimi məsələlərdə bir sıra üstünlüklərə malikdir.Sonra energetika naziri yağ və quru tipli transformatorlar istehsal edən "ATEF Şirkətlər Qrupu" MMC-də olub, inkişaf etmiş ölkələrin texnologiyaları əsasında qurulmuş istehsalat prosesi ilə maraqlanıb. P. Şahbazov Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan Qaradağ rayonu ərazisindəki "Səngəçal Elektrik Stansiyası"na da baş çəkib. Dünyanın ən böyük neft və qaz terminallarından olan "Səngəçal" terminalının "Şahdəniz-2" layihəsi çərçivəsində genişləndirilən sahəsinə də gələn energetika nazirinə layihə üzrə tikinti və quraşdırma işlərinin gedişatı barədə məlumat verilib. Daha sonra Bakı İstilik Elektrik Mərkəzində (İEM) olan P. Şahbazov istehsal prosesinin dayanıqlılığını artırmaq məqsədilə həyata keçirilən tədbirlərlə maraqlanıb, müvafiq tapşırıqlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31