Azərbaycan məhsullarına maraq artıb
18 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay və Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
18 Dekabr 2017 15:19 İqtisadiyyatİxrac missiyası Dubay və Ciddə şəhərlərində olub
18 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay və Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. "Olaylar" xəbər verir ki, KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 3-7 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə və 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə ixrac missiyaları təşkil edilib. Dubay şəhərinə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib. Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai"də də iştirak ediblər. İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın "Brightman BMC" şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair "Al-maya" və "Lulu" marketlər şəbəkələri və "Al-Ghamdi" trading şirkəti ilə ilkin razılıq əldə edib. "Sunfood" şirkəti nar şirəsinin və çayın, "Səba" ət məhsullarının, "Kerkom" və "Azəri-bal" şirkətləri isə balın BƏƏ-yə ixracına dair "Al-maya", "Lulu", "Al-Qudva" marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. "Az-Granata" şirkəti nar şirəsinin Dubaya ixracına dair ilkin razılığa gəlib. Bundan başqa, Azərbaycanın "Azprotein" şirkəti BƏƏ-nin "Al-Tayeb" pərakəndə və topdansatış distributor şirkəti və "Choitrams" marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib. Mətbuat konfransında diqqətə çatdırılıb ki, 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil olunmuş ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.