Ticarətin təhlükəsiz və asan həyata keçirilməsi mövzusunda təlim başlayıb

Dekabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsi" mövzusunda təlim başlayıb.

Dekabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsi" mövzusunda təlim başlayıb. "Olaylar" xəbər verir ki, MT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunan təlimdə Azərbaycan, Tacikistan və Qırğızıstan gömrük xidmətlərinin müvafiq strukturlarının nümayəndələri iştirak edib.Təlimin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müasir qloballaşan dünyada iqtisadiyyatın inkişafını təmin edən əsas amillərdən birinin gömrük infrastrukturunun yaradılması olduğunu bildirib. Bu baxımdan, Azərbaycanda gömrük əməkdaşlarının potensialının inkişaf etdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Səfər Mehdiyev əməkdaşların peşə biliklərinin artırılması istiqamətində bütün zəruri addımların atıldığını diqqətə çatdırıb. Komitə sədrinin birinci müavini qeyd edib ki, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi davamlı inkişaf strategiyasına əsasən, bütün sahələrdə olduğu kimi, bilik və bacarıqların artırılması, kadrların potensialının gücləndirilməsi istiqamətində də dinamik inkişaf müşahidə olunur və mühüm nailiyyətlər əldə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31