Göyçayda sahibkarlara güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu dekabrın 7-də Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Forum çərçivəsində Fond tərəfindən Göyçay rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu dekabrın 7-də Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Forum çərçivəsində Fond tərəfindən Göyçay rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub. Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 4,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, bağçılıq, aqroparkın yaradılması, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Tədbir çərçivəsində Göyçay rayonunun Ləkçıplaq kəndində güzəştli kredit ayrılmış logistika mərkəzinə baxış keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31