1859 sahibkara güzəştli kredit verilib

2017-ci ilin ötən dövrü ərzində 1850-dək sahibkarlıq subyektinin ümumi dəyəri 500 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 121,7 milyon manat güzəştli kredit verilib. “Olaylar” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

2017-ci ilin ötən dövrü ərzində 1850-dək sahibkarlıq subyektinin ümumi dəyəri 500 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 121,7 milyon manat güzəştli kredit verilib. "Olaylar" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib. Bildirib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla ümumilikdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13500-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 545 milyon manat güzəştli kredit ayrılıb. Qeyd edək ki, son illər ümumi dəyəri 355 milyon manat olan 51 logistik mərkəzin yaradılmasına 163,5 milyon manat güzəştli kredit verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31