SOCAR və PETROFAC müəssisə yaratdı
Dekabrın 5-də SOCAR Tower-də Petrofac və Dövlət Neft Şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə, Birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsini imzalayıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə müqaviləyə əsasən SOCAR-ın səhm payı 51%, Petrofac şirkətinin payı 49% nisbətində müəyyən edilib. Təsis Müqaviləsini SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Petrofac-ın Beynəlxalq Mühəndislik və İstehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran imzalayıblar.
5 Dekabr 2017 13:31 İqtisadiyyatDekabrın 5-də SOCAR Tower-də Petrofac və Dövlət Neft Şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə, Birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsini imzalayıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə müqaviləyə əsasən SOCAR-ın səhm payı 51%, Petrofac şirkətinin payı 49% nisbətində müəyyən edilib. Təsis Müqaviləsini SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Petrofac-ın Beynəlxalq Mühəndislik və İstehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran imzalayıblar.
Birgə müəssisənin yaradılmasında hər iki şirkətin məqsədi, öz imkanlarından istifadə edərək, neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni Birgə müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrində çalışan işçilər üçün sınaqdan çıxmış, daha mükəmməl və müasir proqramlar əsasında təlim və tədris xidmətləri göstərəcək.