Qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə artım müşahidə olunur
"Azərbaycan dünyada dinamik inkişaf edən ölkələrdən biridir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
6 Dekabr 2017 11:11 İqtisadiyyat"Azərbaycan dünyada dinamik inkişaf edən ölkələrdən biridir". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib. O, bildirib ki, bu uğura həyata keçirilən iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirməklə nail olunub: "Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər qeyri-neft sektorunun inkişafını təmin edir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır. Son illərdə respublikamızda qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə artım müşahidə olunur".