Gündəm
Bulvarda "Tik-Tok" üçün video çəkmək istədi, suda boğuldu - VİDEO-YENİLƏNDİ
Bulvarda "Tik-Tok" üçün video çəkmək istədi, suda boğuldu - VİDEO-YENİLƏNDİ
Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edildi
1 iyun uşaqların beynəlxalq müdafiəsi günü Dövlət Uşaq Filarmoniyası üçün silsilə konsert tədbirləri ilə yadda qalır. Olaylar.az bildirir ki, növbəti tədbir İçəri şəhər Arxeoloji parkında baş tutdu.
Vüqar Rəhimzadə: "Dünya ictimaiyyəti Azərbaycanın yüksək təşkilatçılığını, sabit və dinamik inkişafını bir daha gördü"
“Azərbaycan dünyanın diqqət mərkəzində olan daha bir beynəlxalq idman tədbirinə uğurla ev sahibliyi etdi. UEFA Avropa Liqasının final oyununun da yüksək səviyyədə təşkili, matçın təhlükəsiz və uğurlu şəraitdə baş tutması, ölkəmizə qonaq gəlmiş turistlərin xidmətlərdən razı olmaları, paytaxtımızın gözəlliyinə, tarixinə və müasirliyinə heyran qalmaları bir daha respublikamızın beynəlxalq tədbirləri uğurla reallaşdırması bacarığını nümayiş etdirdi”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Olaylar.az-a açıqlamasında deyib.
Xalq artisti Oqtay Zülfüqarovun xatirəsi anıldı
Mayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Zülfüqarovun (1929-2016) anadan olmasının 90 ili tamam olur. Olaylar.az bildirir ki, bu münasibətlə musiqi ictimaiyyəti nümayəndələri ikinci Fəxri xiyabanda bəstəkarın məzarını ziyarət etdilər.
İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunacaq
İyunun 12-də Akademik Musiqili Teatrın səhnəsində Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək.
VII Muğam Televiziya Müsabiqəsi davam edir
Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsinin davam edir.
Azərbaycan Xalça Muzeyi “İntermuzey-19” Beynəlxalq festivalında
Azərbaycan Xalça Muzeyi Moskvada "Manej" Mərkəzi Sərgi Zalında "İntermuzey-19" Beynəlxalq festivalında iştirak edir. Olaylar.az bildirir ki, artıq 21-ci dəfədir ki, təşkil edilən "İntermuzey" festivalı ilin ən mühüm muzey hadisəsidir.
Xalça Muzeyi üçüncü dəfə “Mükəmməllik sertifikatına” layiq görüldü
Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan TripAdvisorun “Mükəmməllik sertifikatı 2019” mükafatına layiq görülüb.
“Windows” sisteminin mətn redaktorunda kritik boşluq
“Google Project Zero” layihəsinin mütəxəssisi Tevis Ormandi tərəfindən “Windows” əməliyyat sistemindəki “Notepad” mətn redaktorunda aşkar edilmiş boşluq uzaq məsafədən kodu icra etməyə imkan verir.
Bakıdan Şarm əl Şeyxə birbaşa reys
Bakı – Şarm əl Şeyx birbaşa reysi Sunday Airlines brendi adı ilə Scat aviaşirkətinin rahat və komfortlu Boeing 757 – 200 avialayneri ilə həyata keçirilir.
Alman incəsənətinə dair kolleksiyalar sərgilənəcək
İyunun 4-də Azərbaycan Milli İncəsənət Muzeyi “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksyasından” сoğrafi sərgi silsilənin növbəti layihə təqdim ediləcək. Olaylar.az bildirir ki, layihə çərçivəsində “Alman incəsənəti Azərbaycan Milli İncəsənəti Muzeyinin kolleksiyasından” adlı sərgisi keçiriləcək.
Bakıda ixtisaslaşmış təlimlər təşkil olunub
Bakı şəhərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə təşkil olunmuş “Uşaq Musiqi və İncəsənət Məktəblərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması” mövzusunda yeni tədris modulları əsasında növbəti ixtisasartırma kurslarının I hissəsi keçirilib. Kurslarda Bakı, Ağcabədi, Daşkəsən, Laçın, Qazax şəhər, Cəbrayıl və Füzuli rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və kökləyiciləriləri iştirak ediblər.














