Gündəm
SON DƏQİQƏ: Ordu paytaxta girib xalqa müdaxilə etdi - Ölənlər var
Sudanda ordu xalqın etiraz aksiyasına müdaxilə edib. Paytaxt Xartum şəhərində Müdafiə Nazirliyinin binası qarşısında həftələrdir dinc aksiya keçirən etirazçılara müdaxilə nəticəsində 2 nəfər ölüb.
Tramp Rusiyanı bombardmanı dayandırmağa çağırdı
ABŞ prezidenti Donald Tramp Rusiya, Suriya və İranı Suriyanın İdlib əyalətin bombalanmasını dayandırmağa çağırıb. ABŞ lideri bu haqda tvitter hesabında yazıb.
“Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başladı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Caspian etude” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin açılış mərasimi olub.
Xətai Sənət Mərkəzində “Mənim rəngarəng dünyam” adlı sərgi
Xətai Sənət Mərkəzində (XSM) gənc rəssam Fatimə Mahmudovanın “Mənim rəngarəng dünyam” adlı fərdi rəsm sərgisi açılıb. Olaylar.az bildirir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində reallaşan sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov gənc rəssamın yaradıcılığı və ilk fərdi sərgisi ilə bağlı təəssüratlarını bölüşüb.
Ramiz Rövşən prezidentə təşəkkür etdi: “Məndən çox, oxucularımı sevindirdi” - Video
“Mənə elə gəlir ki, edə biləcəklərimin heç yarısını da etməmişəm. Amma bir təskinliyim var ki, yaza biləcəyimdən pis yazmamışam. Yaza biləcəyimdən az yazmışam, amma pis yazmamağa çalışmışam”. Bu sözləri ATV telekanalına müsahibəsində bir neçə gün öncə “Xalq şairi” fəxri adına layiq görülən Ramiz Rövşən deyib.
ABŞ bombardmançıları İran sərhədlərində HAVAYA QALXDI: müharibə başlayır?
ABŞ-ın İrana qarşı Yaxın Şərqə göndərdiyi “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə nüvə potensiallı 4 ədəd B-52 bombardmançı təyyarələri Bəsrə körfəzində təlimlər keçirib. Bu barədə “Associated Press” informasiya yayıb.
Los Ancelesdə Azərbaycan və Türkiyə Baş Konsulluqları tərəfindən ilk dəfə iftar mərasimi keçirildi
ABŞ-ın Los Anceles şəhərində Azərbaycan və Türkiyə Baş Konsulluqlarının birgə təşkilatçılığı ilə mayın 29-da Müqəddəs Ramazan ayı çərçivəsində multikulturalizmə və tolerantlığa həsr olunmuş geniş iftar mərasimi keçirilib. Olaylar.az bildirir ki, 170-ə yaxın qonağın qatıldığı tədbirdə ABŞ Dövlət Departamentinin rəsmiləri, müxtəlif ölkələrin diplomatları, müsəlman, xristian, yəhudi, bəhai, zərdüşt və digər dini icmaların rəhbərləri, həmçinin Azərbaycan, türk, yəhudi, Pakistan, İran və digər icmaların nümayəndələri və jurnalistlər iştirak ediblər.
Bölgələrdə Səyyar ASAN xidmət
Səyyar ASAN xidmət 8 iyun Tovuzda, 25 iyun Şirvan, Xırdalan, Füzulidə, 27 iyun Xudat, Yardımlı, Göyçay, Astarada, 7 iyun – 6 iyul Goranboy və Qaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Lənkəranda Beynəlxalq Teatr Festivalı işə başlayıb
Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində iyunun 1-də Lənkəran Dövlət Dram Teatrının binasında Beynəlxalq Teatr Festivalına start verilib.
Azərbaycanda "Xalq" və “Əməkdar" Fəxri adlarına layiq görülən şəxslərin SAYI açıqlandı
Azərbaycanda "Xalq" və “Əməkdar" Fəxri adlarına layiq görülən şəxslərin sayı açıqlanıb. Ölkədə 241 nəfər "Xalq", 2 879 nəfər "Əməkdar" Fəxri adına layiq görülüb.
Şakir Eminbəyli: “Qəbələdə Akademik Musiqili Teatrın gəlişini səbirsizliklə gözləyirlər”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq. Teatr iyun ayının 5-də saat 19:00-da Qəbələ Konqress Mərkəzində milyonların sevimlisi, "Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyasını nümayiş etdirəcək.
Aybəniz Haşımova aparıcılığa başlayır
Əməkdar artist Aybəniz Haşımova aparıcılıq edəcək. Bu barədə sənətçi özü məlumat verib. Veriliş “Space” TV-də yayımlanacaq.
Səfir Elxan Poluxov işgüzar səfərdə
Azərbaycan Respublikasının Ekvador Respubliksındakı səfiri Elxan Poluxov, ölkənin paytaxtı Kito şəhərinə işgüzar səfəri çərçivəsində Ekvadorun Milli Assambleyasının Suverenlik, inteqrasiya, xarici siyasət və daxili təhlükəsizlik komitəsinin prezidenti cənab Fernando Flores Vasquez ilə görüş keçirib.
QHT sədri: “Prezidentin sərəncamı həssas sosial qruplardan olan vətəndaşlara qayğının növbəti təzahürüdür”
Azərbaycan Respublikası prezidentinin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam cənab İlham Əliyevin həssas sosial qruplardan olan vətəndaşlara qayğısının növbəti təzahürüdür. Bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
"Liverpul"un sahibi yolda qaldı - Madriddə rəzalət
"Liverpul"un sahibi yolda qaldı - Madriddə rəzalət




.jpg)








.jpg)