"Liverpul"un sahibi yolda qaldı - Madriddə rəzalət
"Liverpul"un sahibi yolda qaldı - Madriddə rəzalət
2 İyun 2019 16:14 İdmanDünən UEFA Çempionlar Liqasının qalibi olan "Liverpul" klubunun sahibi Con Henri oyundan öncə çətinliklə üzləşib.
"İrish Mirror" qəzeti "Liverpul" klubunun sahibi Con Henri və klubun əfsanələri Kenni Dalqlişla İan Raşın dəhşətli tıxaca görə avtomobillərini tərk edərək finalın keçirildiyi stadiona piyada getməli olduğunu yazıb.
Nəşrin yazdığına görə, stadiona gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb.
Avtomobili tərk edən üçlük "Liverpul" azarkeşlərinə qoşularaq qalan yolu piyada qət etmək məcburiyyətində qalıblar.

teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31