Bakıda ixtisaslaşmış təlimlər təşkil olunub

Bakı şəhərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə təşkil olunmuş “Uşaq Musiqi və İncəsənət Məktəblərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması” mövzusunda yeni tədris modulları əsasında növbəti ixtisasartırma kurslarının I hissəsi keçirilib. Kurslarda Bakı, Ağcabədi, Daşkəsən, Laçın, Qazax şəhər, Cəbrayıl və Füzuli rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və kökləyiciləriləri iştirak ediblər.

Bakı şəhərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə təşkil olunmuş "Uşaq Musiqi və İncəsənət Məktəblərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması" mövzusunda yeni tədris modulları əsasında növbəti ixtisasartırma kurslarının I hissəsi keçirilib. Kurslarda Bakı, Ağcabədi, Daşkəsən, Laçın, Qazax şəhər, Cəbrayıl və Füzuli rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və kökləyiciləriləri iştirak ediblər.

Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunur.

Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunub. Sertifikatların təqdimetmə mərasimində çıxış edən Mərkəzin direktor müavini Leyla Mehdiyeva müəssisənin gələcək planlarından məlumat verib və ölkə rəhbərliyinin respublikamızda bədii təhsilin inkişafına ayırdığı xüsusi diqqəti haqqında fikirləri ilə bölüşüb.

Qeyd edək ki, kursların II hissəsinin 10-21 iyun tarixləri arasında keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31