VII Muğam Televiziya Müsabiqəsi davam edir

Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsinin davam edir.

Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsinin davam edir.

Olaylar.az bildirir ki, müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.

Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və "Mədəniyyət" kanallarında canlı olaraq yayımlanır.

Müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi müsahibəsində deyib ki, 7-cu Televiziya Muğam Müsabiqəsi artıq başa çatmaq üzrədir. Gələn həftə son tur, ondan sonra artıq final olacaq. "Mübarizənin ən gərgin məqamıdır, çünki sona ən perspektivli, ən yaxşı ifaçılar qalıb. Bu gənclər ölkəmizin tanınmış 8 muğam ifaçısının yetirmələridir. Sevinirəm ki, bu cür geniş miqyasda bir yarışma gedir. Müsabiqədə ölkəmizin müxtəlif musiqi məktəblərinin təmsilçiləri mübarizə aparır",- deyə müsabiqənin icraçı direktoru bildirib.

Layihənin növbəti axşamında ikinci onluğa daxil olan iddiaçılar Şah İsmayıl Xətainin qəzəllərini muğamlarımız üstündə təqdim ediblər. Gecədə gənc ifaçılar Vəliş Mirzəyev, Türkanə Nəcəfova, Rəvan Qaçayev, İlahə Rüstəmova və Murad Rüstəmzadənin ifaları dinlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31