Azərbaycan Xalça Muzeyi “İntermuzey-19” Beynəlxalq festivalında 

Azərbaycan Xalça Muzeyi Moskvada "Manej" Mərkəzi Sərgi Zalında "İntermuzey-19" Beynəlxalq festivalında iştirak edir. Olaylar.az bildirir ki, artıq 21-ci dəfədir ki, təşkil edilən "İntermuzey" festivalı ilin ən mühüm muzey hadisəsidir.

Builki muzey forumunun başlıca mövzusu "Peşəkarların dialoqu"dur. Rusiya Federasiyası Mədəniyyət nazirinin müavini Alla Manilova bildirib ki, bu il muzey baxışının əsas aksenti festivalın regionlara qədər bəlli şəkildə genişlənməsidir.

Festival çərçivəsində baş tutan elmi konfransda muzeyin inkişafı üzrə baş mütəxəssis Aynur Məmmədova "Azərbaycan Xalça Muzeyi kolleksiyalarının zənginləşdirilməsi metodları" mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycan Xalça Muzeyinin stendində muzeyin buklet, kitab və digər nəşrləri təqdim olunur. Eyni zamanda, burada ənənəvi texnologiyalar şöbəsinin əməkdaşları tərəfindən toxunmuş muzey eksponatlarının replikaları - sumax, eləcə də Qarabağın "Çələbi" və Qazax xalçaları da vardır. Həmçinin, stenddə zili xalçası nümunəsində xovsuz toxunuş üzrə ustad dərsi və muzeydə işlənmiş xalça ornamentlərinin rənglənməsi də təqdim edilir.

Festival iyunun 2-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31