Gündəm

Ən kiçikölçülü displey yaradıldı

31 May 2019 11:35

“Mojo Vision” şirkətinin displeyi smartfonun ekranındakı nöqtələrdən 300 dəfə kiçik piksellərdən ibarətdir. Bu displey televizor, smartfon və noutbuklar üçün gələcəyin texnologiyası hesab olunan “microLED” matrisindən istifadə edir. “Mojo Vision” şirkəti tərəfindən təqdim edilmiş prototipin ölçüsü 0,48 mm təşkil edir: ona mikroskop vasitəsilə baxmaq lazımdır. Buna baxmayaraq, displey rəngli və dinamik təsviri göstərə bilir.

Nadir əcnəbiyə ərə gedən qızları tənqid etdi

31 May 2019 11:28

Müğənni Nadir Qafarzadə türkiyəli kişilərə ərə gedən qızlarımızı tənqid edib. Sənətçi bildirib ki, əcnəbi vətəndaşla ailə quran qızlar xoşbəxt olmurlar:

Pontifik Katolik Universitetinin Mərkəzi kitabxanasında Azərbaycana həsr olunmuş kitbalar hədiyyə edildi

31 May 2019 11:28

Azərbaycan Respublikasının Ekvador Respublikasındakı səfiri Elxan Poluxov, ölkənin paytaxtı Kito şəhərinə davam edən işğüzar səfəri çərçivəsində, Kitonun Pontifik Katolik Universitetinin Mərkəzi kitabxanasına, ölkəmizə həsr edilmiş kitbaları hədiyyə etmişdir.  Olaylar.az bildirir ki, azərbaycan, ispan, ingilis və portuqal dillərində Heydər Əliyev Fondu və digər nəşrlər tərəfindən çap olunmuş əlliyə yaxın kitablar, jurnal və digər materiallar Ekvadorun ən böyük kitabxanasında xüsusi fonda daxil edilmişdir.

Kaliforniyanın Monterey şəhərində Azərbaycanın Respublika Günü

31 May 2019 10:53

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində mayın 28-də tarixi Kolton hökumət binasında Azərbaycanın Respublika Gününə həsr olunmuş geniş tədbir keçirilib. Olaylar.az bildirir ki, 19-cu əsrdə tikilmiş bu binada 1849-cu ildə Kaliforniyanın ilk konstitusiyası qəbul olunub.

Ərəb ölkələrindən İrana SƏRT TƏHDİD: bölgədə müharibə baş versə...

31 May 2019 10:49

Bu gün Səudiyyə Ərəbistanının Məkkə şəhərində Körfəz Əməkdaşlıq Şurasının fövqəladə toplantısı keçirilib. Toplantıda İrana sərt mesajlar verilib.

Yunanıstana gələn miqrantların sayında artım müşahidə olunur

31 May 2019 10:49

Yunanıstanda hava şəraitinin yaxşılaşması ilə əlaqədar keçən həftədən etibarən qeyri-qanuni miqrantların sayının çoxalması müşahidə olunur. Mayın 20-30-u tarixlərində ölkəyə minə yaxın miqrant üz tutub.

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir

31 May 2019 10:47

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.

Mehriban Əliyeva Ramiz Əzizbəyliyə avtomobil hədiyyə etdi

31 May 2019 10:42

Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistinin səhhəti ilə maraqlanıblar. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

İranla müharibəyə hazırlaşan ABŞ-ın əsl məqsədi BƏLLİ OLDU - 80 milyon insanı...

31 May 2019 10:41

“Prezident Donald Trampın və baş katib Mayk Pompeonun siyasəti İranın neft satışını sıfıra endirməkdir”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus deyib.

Vüqar Rəhimzadə: ABŞ ölkəmizin qlobal enerji layihələrinə hər zaman dəstək verib və bu siyasətini davam etdir

30 May 2019 17:11

“Bu gün beynəlxalq aləmdə öz yeri və rolu olan Azərbaycan dünyanın böyük dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qurub. Təbii ki, ölkəmizin artan nüfuzu bu münasibətlərin möhkəmlənməsində və daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Artıq dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın milli maraqlarına hörmətlə yanaşır, onunla hesablaşırlar.

Akademik Musiqili Teatrın xor artisti Gürcüstanda mükafata layiq görüldü

30 May 2019 16:35

Gürcüstan Respublikasının paytaxtı Tibilisi şəhərində məşhur gürcü bəstəkarının xatirəsinə həsr edilən vokalçıların “Vaja Çaçava adına III Beynəlxalq Müsabiqə”si keçirilib. Olaylar.az bildirir ki, Gürcüstanla yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Koreya və digər ölkələrin iştirak etdiyi müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti, respublika və beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova təmsil edib və 2-ci yerlə mükafatlandırılıb.

YUNESKO baş qərargahında Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə bağlı məlumat sessiyası keçirilib

30 May 2019 16:04

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə YUNESKO baş qərargahında cari ilin 30 iyun-10 iyul tarixində Bakıda təşkil ediləcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı məlumat sessiyası keçirildi.

Səfirlik veloyürüş təşkil edir

30 May 2019 15:50

İyunun 3, saat 10:00-da Hindistanın səfirliyi tərəfindən veloyürüş təşkil olunacaq. Olaylar.az bildirir ki, yürüş Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü və Ümumdünya Velosiped Günü münasibətilədir.

Müharibədən əziyyət çəkən insanlardan bəhs edən film - “Dan yeli”

30 May 2019 13:50

Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən “Dan yeli” qısametrajlı bədii film çəkilib. Olaylar.az bildirir ki, ekran əsərinin quruluşçu rejissoru Kamal Yaşar, ssenari müəllifi Türkan Zamanova, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərli, ikinci rejissoru Elman Şeydayev, icraçı prodüseri Tofiq Musayev və prodüseri Müşfiq Hətəmovdur.

Uşaq Filarmoniyasında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü"

30 May 2019 12:16

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq çalğı alətləri orkestri Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək.