Kaliforniyanın Monterey şəhərində Azərbaycanın Respublika Günü

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində mayın 28-də tarixi Kolton hökumət binasında Azərbaycanın Respublika Gününə həsr olunmuş geniş tədbir keçirilib. Olaylar.az bildirir ki, 19-cu əsrdə tikilmiş bu binada 1849-cu ildə Kaliforniyanın ilk konstitusiyası qəbul olunub.

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində mayın 28-də tarixi Kolton hökumət binasında Azərbaycanın Respublika Gününə həsr olunmuş geniş tədbir keçirilib. Olaylar.az bildirir ki, 19-cu əsrdə tikilmiş bu binada 1849-cu ildə Kaliforniyanın ilk konstitusiyası qəbul olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Monterey Şəhər Şurası və Monterey-Lənkəran Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AR Milli Məclisinin üzvü Hadi Rəcəbli, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev, Monterey və Salinas Şəhər Şuralarının üzvləri, azərbaycanlılar, tanınmış siyasi, elm və mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, 2011-ci ildən Monterey şəhəri ilə Lənkəran şəhəri qardaşlaşıblar.

Tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb.

Monterey-Lənkəran Dostluq Assosiasiyasının sədri Nensi Selfricin aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə açan Monterey şəhərinin meri Klayd Roberson (Clyde Roberson) hər kəsi salamlayaraq, Montereyin bu cür gözəl bayram mərasiminə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. 

Sonra çıxış edən millət vəkili H.Rəcəbli ölkəmizin müstəqillik tarixi haqda ətraflı məlumat verərək, 101 il əvvəl Azərbaycan xalqının müsəlman dünyasının ilk dünyəvi dövləti olan Azərbaycan Demokratik Respublikasını (ADR) qurduğunu və bu respublikanın qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. O həmçinin Azərbaycanın müasir iqtisadi və siyasi inkişafı haqda danışaraq, ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artdığını diqqətə çatdırıb.

Lənkəran Şəhər İcra Hakimiyyətininin başçısının birinci müavini M.Babayev öz çıxışında Lənkəran-Monterey əlaqələrinin tarixindən söz açaraq, son illərdə həyata keçirilmiş qarşılıqlı səfərlərin bu münasibətlərin yüksələn xətlə inkişafına önəmli töhfə verdiyini dilə gətirib.

Daha sonra Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun konsulu Rəşad Eyvazov çıxış edərək, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti haqqında məlumat verib. Çıxışlardan sonra yerli Azərbaycan icmasının üzvü, skripkaçı Eldar Xudiyevin ifasında Azərbaycan musiqisi təqdim olunub.

Azerbaycanın Respublika Gününün şərəfinə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsində Azərbaycan bayraqları asılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31